Xocavənd kəndində səyyar qəbul

​Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin təməlində hər zaman vətəndaş amili dayanır. Bunu ölkə rəhbərinin icra hakimiyyəti başçıları ilə görüşləri zamanı səsləndirdiyi fikirlərdən də aydın şəkildə görmək olur. Ağcabədidə də hər zaman vətəndaş məmnunluğu diqqət mərkəzindədir. Sentyabrın 14-də rayonun Xocavənd kəndində icra başçısının növbəti səyyar qəbulu keçirilib.

​Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etdilər. 

​Səyyar görüşü giriş nitqi ilə açan rayon rəhbəri sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatdan söz açdı. Daha sonra vətənimizin bütövlüyü naminə canını düşmən gülləsinə sipər edən və bu yolda şəhid olan oğullarımızın ruhu hörmətlə anıldı, xatirələri bir dəqiqəlik sükutla yad olundu.

​Rayon rəhbəri çıxışı zamanı vurğuladı ki, Ermənistan anlamalıdır ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, öz müstəqilliyini, ərazi bütövlüyünü təmin etmiş, özünün suveren hüquqlarını müdafiə edən dövlətdir. 

​Ermənistanın ərazi bütövlüyümüzü tanımaqdan başqa yolu yoxdur.

​Ermənilər yaxşı bilirlər ki, bu ərazilər, ev-eşik onların deyil və heç vaxt da olmayacaq. Əgər belə olsaydı 30 il müddətində bu yerləri talamaz, əksinə, abadlıq işləri görər, qurub-yaradardılar.

​İcra başçısı çıxışında vəhşi düşmənin talan etdiyi torpaqlarda hazırda sürətli bərpa işlərinin aparıldığını, vətəndaşlarımızın doğma ocaqlarına qayıdış həsrətinin tezliklə sona yetəcəyini, Qarabağ və ətraf rayonlarımızın tamamilə gülüstana dönəcəyini qeyd etdi.​Daha sonra rayon rəhbəri yerlərdə keçirilən görüşlərin məqsəd və mahiyyətindən, bu qəbulların artıq bir ənənəyə çevrilməsindən, vətəndaşların şikayət və müraciətlərinə bilavasitə yaşadıqları ərazidə baxılmasının müsbət nəticələrverməsindən bəhs etdi. 

​Görüşdə sakinlərin müraciətləri dinlənildi. Onları narahat edən məsələlər səsləndirildi. Kənd sakinləri Zahir İbrahimov, Seymur Əbdülov, Hidayət Fərhadov, Nüşabə Mamedova və başqaları içməli suyun çatışmamasından və kənddə körpələr evi-uşaq bağçasına ehtiyac olmasından söz açdılar. 

Göstərilən problemlərin bir çoxu yerindəcə öz həllini tapdı. Digərləri isə araşdırılaraq həll olunması üçün müvafiq təşkilatlara tapşırıqlar verildi. 

Fotolar : Mais İbrahimovundur

Pərvin ŞAKİRQIZI

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. “Qafqazinfo” səfirliyə istinadən xəbər verir...

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Bu il mayın 1-dən Azərbaycanda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq. "Report" xəbər verir ki, bunu Xüsusi Rabitə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Şərhlər