Bu günlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə rayon gənclər və idman idarəsinin, olimpiya idman kompleksinin birgə təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində idmanın taekvondo, sərbəst güləş, MMA, cüdo, boks növləri üzrə məşğələlər keçirilib. Sözügedən idman tədbirində müxtəlif yaş kateqoriyalarından olan 200-dən çox uşaq, yeniyetmə və gənc iştirak edib.
Qeyd edək ki, bu cür əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil olunmasıdır.
Hüseyn QULUZADƏ