Yeni kitabxana istifadəyə verilib

ADPU Ağcabədi filialında yeni dərs ilinə hazırlıq işləri başa çatıb. Sözügedən filialın
direktor müavini dosent Mahir Səlimovun dediklərinə görə, ali təhsil müəssisəsinin
auditoriyalarında, ayrı-ayrı otaqlarda, zal və foyelərdə geniş təmir işləri həyata keçirilib. Filialın müəllim və tələbələri geniş, işıqlı, səliqəli otaqlarda dərslərə başlayacaqlar. Direktor
müavininin dediyi kimi filialda yeni kitabxananın istifadəyə verilməsi əlamətdar hadisədir. Burada müəllim və tələbələrin lazımi dərs vəsaiti ilə təmin olunması üçün hər cür şərait
yaradılıb. M.Səlimov onu da əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq, filialda yeni dərs ilində qəbul olan tələbələrin sayı artaraq 252 nəfərə çatıb. Burada əlavə olaraq yeni ixtisaslar üzrə fakültələr də fəaliyyət göstərəcək. Tələbələr tarix, xarici dil (ingilis dili), riyaziyyat və fizika kimi zəruri ixtisaslar üzrə biliklərə yiyələnmək imkanı qazanacaqlar.


Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər