Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzini təbliğ edək” layihəsi çərçivəsində gənclərlə maarifləndirici görüş keçirilib.
Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən görüşdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, son illər ölkəmizdə sağlam həyat tərzinin təbliğ edilməsi mövzusunda görülən işlərdən, qəbul edilən qanunlardan, Dövlət Proqramlarından danışıb, tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas komponentləri barədə məlumat verib, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Ağcabədi Olimpiya İdman Kompleksinin əməkdaşı Ramil Quliyev, eləcə də başqaları narkomanlığın və digər zərərli vərdişlərin dövlətə, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyandan bəhs ediblər.
Mövzu ətrafında müzakirələr aparılıb, yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda yeniyetmə və gənclərə sağlam həyat tərzinin təbliğ edilməsi ilə bağlı hazırlanmış bukletlər paylanıb.