30.2 C
Aghjabadi

Beynəlxalq əməkdaşlıqda mühüm mərhələ

Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştiraketmişdir. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulamışdır ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Belə ki, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

    Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır. Buna baxmayaraq, cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi bizdə narahatlıq doğurur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı.

Beynəlxalq hüququn və tarixi ədalətin bərpasını öz gücü ilə təmin edən Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olub.

Prezident İlham Əliyev onu da xüsusi olaraq qeyd edib ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin, eləcə də etimadın göstəricisidir.

        Ölkə başçısının sözügedən Sammitdəki çıxışı, toxunduğu məsələlərlə bağlı gənclərimiz də öz münasibətlərini bildiriblər.

Cavid İSMAYILOV:

(YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi)

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edən Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin işə düşməsinə sanballı töhfələr verib və indi də bu layihələrin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən Yeni ƏlətBeynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.

Regionun nəqliyyat arteriyalarının şaxələnməsi üçün Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbəsindən sonra daha geniş imkanlar yarandığını diqqətə çatdıran ölkə rəhbəri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanların daha da artacağını bildirib. Belə ki, Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmidəfələrlə yüksələcəkdir.

        Çıxışında Azərbaycan Ermənistan münasibətlərinin normallaşması prosesindən danışarkən Cənab Prezident İlham Əliyev hər iki ölkənin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün Azərbaycanın təklif etdiyi beş əsas prinsipə də toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəkdir. Lakin buna baxmayaraq  cari ilin 13 sentyabrında Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsinin iki ölkə arasındakı münasibətlərin normallaşmasına  böyük zərbə vurduğu da diqqətə çatdırılıb. 

  Bəli, hər zaman olduğu kimi, yenə də ermənistan öz təxribatlarından əl çəkmir.Biz  özümüzdən sonrakı nəsil üçün təhlükə saxlamaq istəmirik. Amma görünən budur ki, mənfur qonşularımız çirkin niyyətlərindən əl çəkməyi düşünmürlər.Onlar anlamalıdır ki, münaqişə yaratmaq cəhdləri yalnız özlərinə ziyan edəcəkdir. Azərbaycanın güclü ordusu var və hər zaman bu təxribatların qarşısı daha sərt şəkildə alınacaqdır.

         Pərvin ŞAKİRQIZI:

(“Aran Ağcadədi” televiziyasının əməkdaşı)

Ordumuz haqq yolundadır. Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “Münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “Münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in MQ həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı.

Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində səylər göstərirdi. Amma işğalçı Ermənistanın yalanları, riyakarlığı ucbatından danışıqlarda hansısa nəticədən danışmaq qeyri-mümkün idi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarının birində  xüsusi qeyd etmişdi ki, işğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu bir daha göstərdi ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq  bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Vaxtı uzadır, bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma həyata keçirirdilər.  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistana heç bir sanksiyanın tətbiq olunmaması onun daha böyük iddialarla çıxış etməsinə imkan verirdi. Ermənistana zamanında beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığına, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna görə sanksiyalar tətbiq edilsəydi, onlar bu qədər azğınlaşmazdılar. Azərbaycan uzun illər gözlədi ki, mövcud qətnamələr icra edilsin. Onlar sadəcə olaraq, kağızda qaldı.

 Nəhayət 30 ilə yaxın səbir nümayiş etdirən dövlətimizin, xalqımızın səbri tükəndi. Azərbaycan Ordusu qısa zamanda  ərazilərimizi işğaldan azad etdi. Həm savaş meydanında, həm də diplomatik müstəvidə sarsıdıcı, öldürücü zərbələrlə qarşılaşan işğalçı ölkə panik duruma düşdü. Əslində, Azərbaycan ordusu 44 günlük haqq savaşımızda təkcə torpaqlarımızı azad etmədi. Bununla yanaşı şanlı ordumuz bu yaramazlara insanlığa düşmən olmağın, azərbaycanlılara qarşı etnik təmizləmə aparmağın, soyqırımı törətməyin, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmağın, əxlaqa, qanuna, beynəlxalq hüququ ayaq altına atmağın bədəlini ödətdirdi. Ermənistanın “güclü erməni diasporu”, “məğlubolunmaz erməni ordusu” kimi miflərini darmadağın edərək beynəlxalq hüquqü , tarixi ədaləti özü bərpa etdi.

Ölkə başçısı İlham Əliyevin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində vurğuladığı kimi, iki dövlət arasında  müəyyən şərtlərə əsaslanan sülh sazişi layihəsi üzərində iş aparılır. Amma təəssüf ki, Ermənistanın son təxribatı münasibətlərin normallaşmasına əngəl yaradır. Mən gəncəm. İstəyirəm ki, bundan sonrakı həyatımda müharibə, qan-qada görməyim.Məncə heç bir azərbaycanlı bunu istəmir.Amma bu o demək deyil ki, erməni təxribatları cavabsız qalacaqdır. Ermənilər normal yaşamaq istəyirlərsə, bölgədə sülhün olmasına bizdən də çox onlar can atmalıdır.

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər