Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin təşkilatçılığı ilə 17-18 sentyabr tarixlərində gənc könüllülər üçün Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Ailə psixologiyasında əsas anlayışlar”, “Reproduktiv sağlamlıq” və “İctimaiyyətlə əlaqələrin yeni mediada rolu” adlı silsilə təlimlər həyata keçirilib.
Təlimin ilk günü birinci hissəsində 2005-2011-ci illər Azərbaycan Tibb Universiteti, 2012-2016-cı illər Dokuz Eylül Univeriteti və Nevrologiya bölümü PhD üzrə təhsil almış, 2018-ci ildən etibarən Caspian İnternational Hospitalda fəaliyyət göstərən Həkim Nevroloq Tural Tanrıverdi tərəfindən gənclərlə ailə sisteminin və tərkibinin ümumi izahı, sağlam ailənin xüsusiyyətlərinin açıqlanması, ailənin funksionallığının xüsusiyətləri, ailənin həyat boyu yaşama dövrləri və s. mövzular bölüşülüb.
Təlimin ikinci hissəsində Caspian İnternational Hospitalın Uzman Ginekoloqu Rəşad Sultan tərəfindən gənclərlə reproduktiv sağlamlıq nədir, reproduktiv sağlamlığın faydaları və zərərləri, reproduktiv sağlamlığın 21-ci əsrdə rolu haqqında və s. mövzular bölüşülüb.
Davam edən təlim zamanı hər iki təlimçi Uzman Ginekoloq Rəşad Sultan və Həkim Nevroloq Tural Tanrıverdi gənclərin suallarını cavablayıblar.
Təlimin ikinci günü “Mətanət A” şirkətlər qrupunun müşahidə şurasının korporativ ictimaiyyətlə əlaqələr direktoru, təlimçi Aida Ramiz tərəfindən gənclərə İctimaiyyətlə əlaqələr nədir, yeni və ənənəvi media, PR analizi və s. digər mövzularda məlumatlar bölüşülüb. Davam edən təlim zamanı gənclər arasında komanda işləri həyata keçirilib, gənclər üçün maraqlı suallar cavablandırlıb, sonda xatirə fotosu çəkilmişdir.