Sentyabr ayının 19-da YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və təşkilatın əməkdaşları şəhidlər xiyabanına gələrək 2022-ci ilin sentyabr ayının 13-14-də Ermənistan ordusunun sərhədlərimizə hücumu zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ağcabədi şəhər sakini Fərzəliyev Emin Elnur oğlunun məzarını ziyarət etmişlər. Şəhidin məzarı üstünə əklil və tər çiçəklər qoyulmuş, onun əziz xatirəsi ehtiramla yad edilmişdir.
Rayon təşkilatının əməkdaşları, həmçinin Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş və şəhidlər xiyabanında uyuyan bütün şəhidlərin məzarına çiçək dəstələri düzərək, onların da xatirəsini hörmətlə anmışlar.
Allah şəhidlərimizə rəhmət etsin.