Sentyabrın 21-də rayon mərkəzi kitabxanasında Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh azadlıq, bərabərlik və ədalət deməkdir” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon mərkəzi kitabxanasının, rəsm qalereyasının əməkdaşları, şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri, fəal oxucular, ziyalılar və media mənsubları iştirak ediblər. Mərkəzi kitabxananın direktoru Məhəbbət Əliyeva tədbirdə çıxış edərək, sülhün dünyamız üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb, bu mövzuda fikir və mülahizələrini bölüşüb.
Ağcabədi şəhər 2 saylı tam orta məktəbinin 2-ci sinif şagirdlərinin səsləndirdikləri şeirlər, onların Azərbaycan bayrağı rəngində çəkdikləri sülh rəmzi olan göyərçin rəsmləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.