Növbəti səyyar qəbul Hacılar kəndində

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Hacılar kəndində səyyar qəbulu keçirilib.

            Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etdilər.

            Kənd sakinlərini salamlayan icra başçısı bildirdi ki, bir müddət əvvəl COVİD-19 pandemiyası ilə bağlı yerlərdə səyyar qəbulların keçirilməsi də təxirə salınmışdı. Artıq 2022-ci ilin mart ayından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da səyyar görüşlər mütəmadi olaraq həyata keçirilir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbəsindən danışan icra başçısı onu da qeyd etdi ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Hazırda azad edilən doğma torpaqlarda mina təmizləmə işləri ilə yanaşı, böyük layihələr icra edilir, şəhər və kəndlərdə sürətli tikinti və abadlıq işləri aparılır.

            Bütün bunları ulu öndər Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olduğunu qeyd edən rayon rəhbəri müstəqil dövlətimizin davamlı inkişafı və uğurlu gələcəyinin təmin edilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirdi. İcra başçısı onu da diqqətə çatdırdı ki, Vətən müharibəsi dövründə Hacılar kəndi də düşmən atəşinə məruz qalırdı. Düşmənin atdığı mərmilər nəticəsində kənd sakinlərinin evlərinin dağılmasına baxmayaraq, onlar kəndi tərk etmədilər. Əksinə sakinlər yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdirdilər.

            Qəbulda sakinlərin müraciətləri dinlənildi. Onları narahat edən məsələlər səsləndirildi. Kənd sakinləri Zahir Abbasov, Almaz Rüstəmova, Aybəniz Abbasova, Ceyhun Abbasov, Simiran Quliyev kəndin qazlaşdırılmasına ehtiyac olduğundan, içməli suyun çatışmazlığından, əkin sahələrinin suvarılmasındakı çətinliklərdən söz açdılar.

Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyatı tapşırıq və tövsiyyələr verildi.

            Sonda sakinlər kənddə tikilmiş körpələr evi-uşaq bağçasının tikintisində təşəbbüs və dəstəyinə görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Pərvin ŞAKİRQIZI

Fotolar Mais İbrahimovundur

“YouTube”da “Birgə Canlı Yayım” funksiyası olacaq

"TeamYouTube" "Twitter" hesabından paylaşılan tvitə görə, "YouTube" smartfonlarda "Birgə Canlı Yayım" funksiyasını gətirir. Bu xüsusiyyət, adından da göründüyü kimi,...

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili...

Laçın-Xankəndi yolu: Aksiya gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların, könüllü...

FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar...

AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb

Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz...

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb – YENİLƏNİB

22:40 Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb. “Aran” xəbər verir ki,...

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı həlak olub

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib. Bu barədə məlumatı Azərbaycan Xarici...

Azərbaycanın xilasediciləri dağıntılar altından 11 nəfəri sağ çıxarıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində bu gün 11...

Konfrans Liqası: “Qarabağ”ın səfər oyununun biletləri satışa çıxarılıb

"Gent" Belçikada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb. "Aran" klubun rəsmi saytına...

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti...

Şərhlər