30.2 C
Aghjabadi

Regiondakı nəqliyyat-kommunikasiya layihələrinin inkişafında yeni imkanlar yaranır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində 16 sentyabr tarixində Səmərqənddə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində iştirak etməsi ölkə başçımızın xüsusi hörmət və ona olan ehtiramından irəli gəlir.

  Səmərqənd sammitinin gündəliyinə uyğun olaraq, çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsinin cari məsələləri, ŞƏT-in inkişafının praktiki aspektləri və prioritet vəzifələri nəzərdən keçirilmiş, beynəlxalq və regional əhəmiyyətlı məsələlər, inteqrasiyanın güclənməsi, təhlükəsizliyin, əmin-amanlığın möhkəmlənməsi, tranzit xətlərinin və yeni dəhlizlərin istifadəyə verilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.

     Sammitdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində bir sıra ölkələrin prezidentləri ilə görüşlər keçirib. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Sammitdəki çıxışı zamanı bir sıra məsələlərlə yanaşı, Qarabağ münaqişəsinin həllinin regiondakı nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yaratdığı imkanları da qeyd etmişdir.

   Ölkə Başçısının sammitdəki çıxışında regional təhlükəsizlik məsələləri ilə bağlı fikirlər səsləndirən dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

     Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi uzunsürən ərazi münaqişələrindən birinə çevrilmişdir. XX əsrin əvvəllərindən başlayaraq radikal erməni millətçilərinin Qarabağ bölgəsini Azərbaycandan ayırmaq istiqamətində apardıqları məqsədyönlü fəaliyyəti nəticəsində yaranmış bu qarşıdurma keçən əsrin 80-ci illərində SSRİ-də elan edilmiş “yenidənqurma” siyasəti şəraitində yenidən gündəmə gətirilmiş və SSRİ-nin süqut etməsinə müəyyən qədər öz təsirini göstərmişdir.

     30 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində ermənilərin hansı cinayətlərə yol verdiklərini dünyada yaxşı bilirlər. 10 noyabr bəyanatındakı öhdəliklərə Ermənistan tərəfin əməl etmədiyini, bunun nəticəsində son olaraq sərhəddə törətdikləri təxribatlardan beynəlxalq aləm xəbərsiz deyil. Son təxribatlarda beynəlxalq müstəvidə qismən də olsa obyektivliyin təmin olunmasına nail ola bilmişik. Burada hər kəsin hərəkətə gəlməsinə və müvafiq addımlar atmasına ehtiyac var.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı.

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər