Müasir dünyada qlobal problemlərin həlli istiqamətində bir çox beynəlxalq təşkilatlar öz fəaliyyətini səfərbər edirlər. Bunlara misal olaraq BMT, Qoşulmama hərakatı, Şanxay əməkdaşlıq təşkilatı və digər təşkilatları göstərmək olar.
16 sentyabr 2022-ci ildə Səmərqənddə baş tutan Şanxay əməkdaşlıq təşkilatının sammitində dünyanın lider dövlətləri ilə yanaşı Özbəkistan Respublikasının dəvəti ilə Azərbaycan da iştirak etmişdir. Sammitdə digər ölkə rəhbərləri kimi Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyev də çixiş etmişdir. Çıxış zamanı cənab İlham Əliyev postmüharibə və postmünaqişə dövründən sonra Azərbaycan və Ermənistan münasibətlərinə də toxunmuşdur. Müharibə bitdikdən sonra Azərbaycan Ermənistana 5 prinisipə əsaslanan sülh müqaviləsi təklif etmişdir. Lakin buna baxmayaraq Ermənistan dəfələrlə atəşkəsi pozmuş və təxibat törətmişlər. Ermənistanın növbəti genişmiqyaslı təxribatı üçtərəfli Bəyanatın tələblərinə, bu ölkənin siyasi-hüquqi öhdəliklərinə, sülh prosesinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir. İşğalçı və məğlub ölkə bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist çıxışlar edir. Məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad tarazlığını pozmaqdır.
Azərbaycan Ordusunun rəşadəti sayəsində sentyabr ayının 12-14 tarixlərində Ermənistan növbəti sarsıdıcı zərbə alındı. Azərbaycan Ordusu təxribatların qarışısını alaraq düşmənlərə layiqincə cavab verdi və bir daha sübuta yetirdi ki, “dəmir yumruq” yerindədir. Bu isə o deməkdir ki, İrəvan məqsədinə heç vaxt nail ola bilməyəcək.
Digər tərəfdən, Ermənistan yeni reallıqlara təsir etmək imkanında, sülh prosesini pozmaq iqtidarında deyil. Azərbaycanın gücü, nüfuzu və mövqeyi həlledicidir və ölkəmiz bütün siyasi hədəflərinə nail olacaq!
Nəriman Orucov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi.
21.09.2022