Yeni tədris ilinin başlanması münasibətilə ötən illərdə olduğu kimi Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və müharibə iştirakçılarının övladları, həmçinin hər iki valideynini, yaxud valideynlərindən birini itirmiş, aztəminatlı ailələrin övladı olan bir qrup şagird məktəbli forması ilə təmin olunub.
Qeyd edək ki, bu təşəbbüsə rayonun hüquq-mühafizə orqanları, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr, digər idarə, təşkilat və müəssisələr, eləcə də bəzi sahibkarlıq obyektləri dəstək verib.