5.6 C
Aghjabadi

Həmyerlilərimizin “Zəfər” turnirində uğurları

Bugünlərdə Bakı şəhərinin Hovsan Olimpiya İdman Kompleksində gənclər, yeniyetmə oğlan və qızlar arasında kikboksinq idman növü üzrə “Zəfər” turniri keçirilib. Yarışların açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İdman turnirində respublikanın müxtəlif bölgələrinin 30 idman klubundan 400 nəfər idmançı iştirak edib.

Rayonumuzu kikboksinq idman növü üzrə təmsil edən “Spartak” idman klubunun yetirmələri yarışda uğurlu nəticələrə imza atıblar. Klubun baş məşqçisi Ruslan Zeynalovun dediyinə görə, yarışlarda iştirak edən 8 nəfər idmançıdan Şahmar Zeynalov 30 kq, Məhəmməd Əliyarzadə 26 kq, Rəvan Alıyev 37 kq, Səid Səfərov 24 kq, Cavid Əlizadə 22 kq çəki dərəcələrində I, Nizaməddin Şükürlü 30 kq, Kamil Bünyadzadə 32 kq, Nail Məmmədzadə isə 26 kq çəkidə II yeri tutublar.

Yarışların sonunda qalib idmançılara diplom, medal və kuboklar təqdim olunub. Turnirin qaliblərindən olan Səid Səfərov İtaliyanın Jesolo şəhərində 30 oktyabr-10 noyabr tarixlərində kikboksinq idman növü üzrə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Hüseyn QULUZADƏ

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər