5.6 C
Aghjabadi

Müxtəlif fənlər üzrə müəllimlərə ehtiyac var

         Rayonun ümumtəhsil məktəblərində 2022-2023-cü tədris ilinə uğurla start verilib. Bölgə ərazisində fəaliyyət göstərən 62 tədris müəssisəsində cari dərs ilində 2700 nəfər müəllim, 24 min nəfərdən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olacaq. Qarabağ Regional İdarəsi Ağcabədi Rayon Sektorunda Metodik Mərkəzin direktoru Əli Əhmədovun sözlərinə görə, bütün təhsil ocaqlarında ilk dərslər tələb olunan səviyyədə təşkil olunub. Bütün məktəblərdə yeni dərs ilinə ciddi hazırlıq işləri görülüb, təlimin səmərəli aparılması üçün hər cür şərait yaradılıb.

Yeni dərs ilin ərəfəsində Hindarx qəsəbə 1 saylı tam orta məktəbinin binası əsaslı təmir edilərək, müəllim və şagirdlərin istifadəsinə verilib. Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi ilə Poladlı kənd tam orta məktəbi üçün müasir tipli yeni binanın tikintisinə başlanılacaq.

Ə.Əhmədov qeyd edib ki, bu il rayonun ümumtəhsil məktəbləri məzunlarından 462 nəfəri qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək, respublikanın müxtəlif ali məktəblərinə daxil olub. Təqdirəlayiq haldır ki, onlardan 52 nəfəri 500-600, 22 nəfəri isə 600-700 arasında bal toplamağa müvəffəq olublar.

Ali məktəblərə qəbul imtahanlarında M.Aranlı adına 11 saylı Ağcabədi şəhər, Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəblərinin və M.F.Axundov adına 3 saylı məktəb-liseyin məzunları daha yaxşı nəticələr göstəriblər.

Mərkəzin direktoru söhbət zamanı onu da əlavə edib ki, Müəllimlərin İşə Qəbulu imtahanlarında layiqincə iştirak edən gənc pedaqoqların işlə təmin olunması üçün zəruri tədbirlər görülür. Qəbul zamanı keçid balı toplayan müəllimlərin müddətli müqavilə ilə işə götürülməsi də təmin ediləcək. Bununla belə, rayon məktəblərində müxtəlif fənlər üzrə müəllimlərə hələ də ehtiyac vardır. Bu hal, əsas fənlər sahəsində özünü daha qabarıq göstərir.

Bundan başqa, yeni dərs ili dövründə yaş həddinə görə 9 nəfər məktəb direktorundan 4 nəfəri vəzifəsindən azad edilib, 5 nəfərinin isə müqavilə müddəti uzadılıb.

Ə.Əhmədov sonda əmin edib ki, rayonun təhsil işçiləri 2022-2023-cü dərs ilində də yüksək nəticələr əldə etmək üçün bütün imkanları səfərbər edəcəklər.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər