5.7 C
Aghjabadi

Qarabağ Atçılıq Zavodunun direktoru: Qarabağ atları öz yurduna qayıtdıqdan sonra cins əlamətlərini daha da zənginləşdirəcək

Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə dünyada tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlərboyu aparılan хalq seleksiyası sayəsində Qarabağ bölgəsində formalaşıb.

XX əsrin sonlarında Ermənistanın ölkəmizə hərbi təcavüzü Qarabağda atçılıq təsərrüfatına da ağır zərbə vurdu. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları da köçkünlük həyatı yaşamağa məcbur oldu. Lakin 30 illik işğaldan sonra digər torpaqlarımız kimi, Ağdamın da azad olunması ilə bu atlar da öz tarixi yerlərinə qayıdacaq. O gün elə də uzaqda deyil. Hələlik isə bu nadir at cinsi Ağcabədidə qorunur.

Ermənilər Qarabağ atlarını ələ keçirmək üçün çox çalışıblar. Lakin rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıхarılaraq əvvəlcə Ağdamın Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlaх rayonundakı “Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra Bakı Dövlət Cıdır Meydanına aparılıb. 1994-cü ildə isə Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülüb. Yaxın vaxtlarda isə Ağdam rayonunun Eyvazxanlı kəndində Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacaq. Yeni zavod fəaliyyətə başlayandan sonra burada cins atlar yetişdiriləcək.

Qarabağ Atçılıq Zavodunun direktoru Elman Qədirov bildirib ki, Ağcabədidə Qarabağ atlarının inkişafı üçün gözəl şərait yaradılsa da, bu atların məskəni Qarabağdır, dağlıq ərazilərdi: “Düşünürük ki, Qarabağ atları öz yurduna qayıtdıqdan sonra cins əlamətlərini daha da zənginləşdirəcək. Hazırda bu istiqamətdə lazımi işlər görülür. Artıq Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial (toxum) kreobankı yaradılıb”.

Onun sözlərinə görə, Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ Atçılıq Kompleksindən gətirilmiş cins atlardan süni vagina vasitəsilə toxum alınıb. Alınmış toxum nümunələri Mərkəzin müasir laboratoriyalarında xüsusi üsulla qablaşdırılıb. Bu nümunələrdən atların cins tərkibinin daha da yaxşılaşdırılmasında istifadə olunacaq. Eyni zamanda, Qarabağ atlarının kreobankının yaradılması bu cinsin qorunub saxlanmasına, biomaterialın itməməsinə kömək göstərəcək.

Hazırda Ağcəbədidəki kompleksdə Qarabağ cinsindən olan 300-dən çox at saxlanılır. Bir müddət əvvəl tükənmək təhlükəsi ilə üzləşsə də, son illər görülən tədbirlər nəticəsində Qarabağ atlarının şöhrəti yenidən özünə qayıdır.

Qeyd edək ki, Qarabağ Atçılıq Zavodu MMC 2014-cü ildən tikilməyə başlayıb və 2018-ci ildə istifadəyə verilib. İstifadəyə verildiyi tarixdən bu günə kimi Qarabağ atlarının yetişdirilməsi ilə məşğuldur. Kompleksdə 305 baş at var.

Burada atların saxlanması üçün 18 yer (hər biri 20 başlıq) qrup və 64 yer xalxal (dennik) şəklindədir. Kompleksin daxilində mühafizə binası, dezinfeksiya hovuzu, inzibati bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, 3 ədəd məşq qurğusu, yem anbarı, laboratoriya, 80 tonluq tərəzi, su hovuzu, 3 yaşayış evi, elektrik transfarmator və elektrik generatoru var. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.

azertag.az

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər