Sahələrdən bol pambıq gözlənilir


Rayonun Xocavənd kəndində təcrübəli fermerlər çoxdur. Onların arasında kənd sakini Elxan Əliyev xüsusi ilə fərqlənir. O, uzun illərdir ki, pambıqçılıq təsərrüfatı ilə məşğul olur. Əvvəllər təcrübəli pambıqçı “Azərpambıq” MMC Ağcabədi filialında mütəxəssis kimi çalışıb. Hazırda isə sözügedən filialın Xocavənd kəndi üzrə nümayəndəsi kimi fəaliyyət göstərir. Özünün dediklərinə görə, o, 2021-ci təsərrüfat ilində 62 hektar əkin sahəsində pambıq becərib. Tarlalardan 110 ton məhsul götürüb. Suvarma işlərində problemlər olduğuna görə onun qulluq etdiyi sahələrdə məhsuldarlıq bir qədər aşağı olub.
Cari mövsümdə 15 hektar sahədə pambıq əkən təcrübəli mütəxəssis görülmüş yüksək aqrotexniki tədbirlər nəticəsində tarlalarda bol məhsul yetişdirməyə nail olub. Artıq təsərrüatda defolyasiya işlərinə start verilib. Havalar əlverişli keçərsə sahələrdə yaxın vaxtlarda yığıma başlanılacaq. Fermer təsərrüfatının başçısı qeyd edib ki, pambıq yığımında maşınların gücündən maksimum istifadə ediləcək. Sahələrdən 45-50 sentner “ağ qızıl” götürülməsi nəzərdə tutulub.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com