5.6 C
Aghjabadi

27 Sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirilib

  Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından artıq 2 il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli  Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

   Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də Anım Günü münasibəti ilə  ümumrayon tədbiri keçirilib.

    Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,  YAP Ağcabədi rayon təşkilatının,  hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi ilə birgə  öncə Muğanlı kəndində Qəhrəmanlar Parkını və  Hindarx qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra şəhər ərazisində davam etdirilən tədbirdə  Ağcabədi Bayraq Meydanından  Qəhrəmanlar Parkına qədər yürüş keçirilib. Yürüşdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əllərində üçrəngli  bayrağımız  və şəhidlərimizin şəkilləri olan plakatları daşıyaraq “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır”,  “Hər şey vətən üçün” və digər şüarlar səsləndiriblər. Qəhrəmanlar parkında torpaqlarımızın azadlığı uğrunda canından keçmiş oğullarımızın məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

   Tədbirin növbəti hissəsi  şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında keçirilib.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən  sonra Ağcabədi şəhər “Cümə” məscidinin imamı şəhidlərimizin ruhuna dualar oxuyub. 

    Anım tədbirində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov 2020-ci il  sentyabrın 27- də başlanmış və Zəfərimizlə başa  çatmış Vətən müharibəsi  zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib, onların ailələrinin, o cümlədən, qazilərimizin daim diqqətdə saxlanıldığını, dövlətimiz tərəfindən bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.

     Sonra şəhid ailələrinin üzvləri Aqil Talıbov, Aynur Kərimova, Qumru Süleymanova çıxış ediblər. Məktəblilərin və şəhid övladlarının ifasında şeirlər səsləndirilib.

    Sonda Qəhrəmanlar Parkında ağacəkmə aksiyası keçirilib,  rəmzi olaraq 43 ədəd ağac əkilib.

      Saat 12-00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

 Fotolar Mais İbrahimovundur                                                                                           

Məhsəti MUSA

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər