II Qarabağ müharibəsinə başladığımız tarixdən – rəşadətli ordumuzun Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 2 il ötür.
27 sentyabr Anım Günü ilə əlaqədar olaraq gün ərzində Ağcabədi Qəhrəmanlar Parkına ziyarətlər davam edib. Uşaqdan böyüyə hər kəs bu gün şəhidlərin məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər. Ağcabədi şəhər 8 saylı körpələr evi – uşaq bağçasının körpə fidanları da ziyarətçilərin sırasında olublar.
Uşaqlar şeirlər söyləyib, şəhidlərin xatirəsinə şarlar havaya uçurublar.