Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizə ehtiram əlaməti olaraq 27 sentyabr anım günü kimi qeyd olunması qərara alınmışdır.
Məhz 2 il əvvəl 27 sentyabrda Ermənistanın cəbhə boyu ərazilərimizə genişmiqyaslı hücumuna cavab olaraq Azərbaycan ordusu hərbi müdaxiləyə adekvat cavab verərək əks-həmləyə keçdi. Bu müharibədə rəşadətli Azərbaycan ordusu peşəkarhərbi-strateji əməliyyatlar və fərqli taktiki gedişlər edərək düşmən ordusunu 44 gün ərzində məğlub etdi. Bu qələbə 3000 mindən artıq şəhidimizin canı və minlərlə qazimizin qanı bahasına və Ali Baş Komandanın qətiyyəti nəticəsində əldə edildi. Ağır məğlubiyyət təkcə ermənilərin deyil, onların havadarlarının Cənubi Qafqazdakı siyasətinin iflası demək idi.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda ölüm-dirim savaşına girən əsgər və zabitlərimiz, arxa cəbhədə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmiş, itirilmiş torpaqları qaytarmağa nail olmuşdur.
Azərbaycanın öz tarixi-etnik torpaqlarından qovulması həm çar Rusiyası, həm Xalq Cumhuriyyəti, həm də Sovetlər dövründə həyata keçirilmişdir.
1988-ci ilin əvvəlində ermənilər yenidən fəallaşaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün separatçı hərəkatlara rəvac verərək Azərbaycandan növbəti torpaq qoparmaq cəhdinə start verildi.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qarbaçov tərəfindənSSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Bürönun üzvü Heydər Əliyevin sıxışdırılaraq tutduğu vəzifədən kənarlaşdırılmasından sonra əl-qolları açılan ermənilər azğınlaşaraq Azərbaycana qarşı silahlı hücuma başladılar. Həmin dövrlər ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün sərişdəsiz rəhbərliyi sahəsində yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən işğal edilməyə, xalqımıza qarşı misli görünməmiş vəhşiliklər törədilməyə başladı.
Ermənistan ordusunun təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf rayonları əhatə edən 20% torpaqlarımız işğal edildi, 1 milyondan çox Azərbaycanlı doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün həyat sürməyə düçar edildilər. Erməni vəhşilikləri təkcə bununla bitmədi Azərbaycanlıların evləri talan edilərək dağıdıldı, mövcud infrastruktur məhv edildi, tarixi və mədəniyyət abidələri məhv edildi.
Azərbaycan xalqının belə ağır günü xalqın böyük oğlu Ulu Öndər Heydər Əliyev biganə qala bilməzdi. Böyük çətinliklərə baxmayaraq Xalqın böyük oğlu Azərbaycana qayıdaraq öz vətəni Naxçıvanda sonra isə Bakıda öz xilaskarlıq missiyasını yerinə yetirməyə başladı.
1993-cü ilin iyul ayının 15-də Azərbaycan Ali Sovetinin sədri, 1993-cü ilin oktyabr ayının 3-də ümumxalq səsverməsi nəticəsində Prezident seçilən Ulu Öndər zəngin təcrübəsi və yüksək qabiliyyəti sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi vəziyyətində olan ölkəmizdə sabitlik yaratmağa başladı, iqtisadiyyat bərpa edilməyə, ordu quruculuğuna böyük diqqət verildi. Ölkə inkişaf yoluna qədəm qoydu, əvvəlki rəhbərlik dövründə dünyanın aparıcı dövlətləri ilə korlanmış siyasi münasibətlər bərpa edilməyə başladı.
Ümummilli Lider Heydər Əliyevin başladığı xətti onun siyasi varisi İlham Əliyev uğurla davam etdirdi: İqtisadiyyat və modern ordu qurulması ön plana çəkildi. Siyasi və diplomatik müstəvidə Qarabağ münaqişəsinin dinc yolla həll edilməsində bütün mümkün işlər görülsə də, Ermənistan və onlaraı dəstəkləyən qüvvələr münaqişənin aradan qaldırılmasına imkan vermədilər.
Və nəhayət 2 il öncə sentyabrın 27-də Erməni təxribatına qarşı əks-hücuma keçən Müzəffər Ordumuz cəmi 44 günə torpaqlarımızı qəhrəman hərbçilərinin canı və qanı bahasına işğaldan azad etdi.
Bu müharibədə canını fəda verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini