6.4 C
Aghjabadi

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər?

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”. Bu söləri Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova deyir. Həkim  bildirir ki, müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər: “Qızılyel əsasən yay və payız aylarında qeydə alınır. Qadınlar bu xəstəliyə daha tez-tez tutulur. Streptokokk çox yayılmış mikrobdur. Bir çox insanlar bu mikrobun daşıyıcılarıdır. Lakin Qızılyel xəstəliyi hamıda inkişaf etmir. Bunun üçün “əlverişli” şərait – insanın immun sisteminin zəifləməsi lazımdır”. Həkim qeyd edir ki, bu xəstəlik yalnız immun sistemi zəif olan insanlarda inkişaf edir: “Güclü immun sistemi streptokokkla mübarizə aparır və xəstəlik inkişaf etmir. Bu səbəbdən xəstəlik əksər hallarda yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda, hamilə qadınlarda və uzun müddət ərzində hər hansı xroniki xəstəlikdən əziyyət çəkən insanlarda inkişaf edir”.

Nərminə xanım Qızılyel xəstəliyinin simptomlarını sadalayıb. Bunlar aşağıdakılardır:

– yüksək hərarət (39-400 C kimi). Hərarət qəflətən qalxır;

– intoksikasiya simptomları (baş ağrıları, əzələ ağrıları, halsızlıq, ürəkbulanması, qusma);

– zədələnmiş sahəyə yaxın yerləşən limfa düyünlərin böyüməsi;

– zədələnmiş dəridə əvvəl qaşınma, yanma hissi yaranır, daha sonra ağrı, qızartı, ödem əmələ gəlir, yerli hərarət artır (dəri isti olur). Bir neçə saatdan sonra bu sahə al-qırmızı rəng alır, sahənin kənarları aydın və nahamar (“dişlər” formasında) olur. Dəridə qanlı və irinli qabarlar əmələ gələ bilər.

Həkim-terapevt xəstəliyin risk faktorlarını da sadaladı:

– dərinin tamlığının pozulması (göbələk xəstəliyi, travma (hətta mikrotravma), sürtünmə və s. nəticəsində);

– xroniki venoz çatışmazlığı;

– şəkərli diabet (bu xəstəlik zamanı toxumaların qidalanması pozulur).

Nərminə Abbasova bildirdi ki, Qızılyel əsasən ayaqlar, qollar, üz, baş dərisində, nadir hallarda süd vəziləri, aralıq nahiyəsində inkişaf edir:

“Vaxtında başlanmış müalicə xəstənin tam sağalması ilə nəticələnir. Lakin bunun üçün xəstəliyi düzgün və vaxtında müalicə etmək lazımdır. Xəstəlikdən sonra immunitet yaranmır və xəstəlik yenə də qayıda bilər”.

Xəstəliyin ilk simptomlarında infeksionist həkiminə müraciət etməyin vacibliyini vurğulayan Nərminə Abbasovanın sözlərinə görə, əks halda xəstəlik məsələn dərinin irinli iltihabları, yaralar, imfa damarların iltihabları, “fil xəstəliyi” və sair ağır fəsadlar verə bilər:

“İmmun sistemi çox zəif olan insanlarda, yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda Qızılyel fonunda hətta sepsis, toksiki şok və sair ağır fəsadlar inkişaf edə bilər.

Xəstəlik əksər hallarda ev şəraitində müalicə olunur, ağır vəziyyətlərdə xəstə stasionarda müalicə alır. Dəridə olan ləkələr təxminən 15 gün ərzində yox olur. Ləkələrin yerində piqment ləkələr qalır və sonra bu ləkələr də tədricən yox olur”.

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər