Rayonda 2022-ci il yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmət və iaşə dövriyyəsi

2022-ci il yanvar-iyun aylarında rayon ərazisində ümumilikdə əhaliyə 32687.9 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ilin müvafiq dövrünün səviyyəsini 15.8 faiz üstələmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ümumi yekunun 46.9 faizini təşkil etməklə, 2021-ci ilin müvafiq dövrünə nisbətən 4.5 faiz artaraq 15347.2 min manat olmuşdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların əhaliyə göstərdiyi ödənişli xidmətlərin həcmi isə 2021-ci ilin müvafiq dövrünə nisbətən 28.2 faiz artaraq 17340.7 min manata çatmışdır.

                                                                                                                           Cədvəl 1.

   2022-ci ilin yanvar-iyun ayları min manatla  2021-ci ilin yanvar-iyun      ayları        min manatla2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına    nisbətən,faizlə
Əhaliyə göstərilən ödənişli xidmətlərinin cəmi32687.928221.7115.8
Hüquqi şəxslər üzrə15347.214689.8104.5
Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə17340.713531.9128.1

Əhaliyə göstərilən ödənişli xidmətin 25.7 faizi və ya 8387.5 min manatı dövlət mülkiyyəti, 74.3 faizini və ya 24300.4 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür.

                                                                                                                          Cədvəl 2.

 2022-ci ilin yanvar-iyun ayları min manatla2021-ci ilin yanvar-iyun ayları                   min manatla2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun    aylarına        nisbətən,faizlə
Əhaliyə göstərilən ödənişli xidmətlərinin cəmi32687.928221.7115.8
dövlət mülkiyyəti8387.58104.6103.5
qeyri-dövlət mülkiyyəti24300.420117.1120.8
         ondan: hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə17340.713531.9128.1

Hesabat dövründə hər bir rayon sakini hər ay orta hesabla 39.3 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Ötən yanvar-iyun ayları ərzində 4119.5 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.5 faiz artmışdır. Məişət xidməti ödənişli xidmətin ümumi həcminin 12.6 faizini təşkil edir. Məişət xidmətinin həcminin 188.7 min manatı və ya 4.6 faizi hüquqi şəxslər, 3930.8 min manatı və ya 95.4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar hesabına formalaşmışdır, bunun başlıca səbəblərindən biri məişət sahəsində fiziki şəxslərin fəaliyyətinin daha da inkişaf etməsidir.

                                                                                                                           Cədvəl 3.

 2022-ci ilin yanvar-iyun                           ayları                              min manatla2021-ci ilin yanvar-iyun  ayları                      min manatla2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına  nisbətən, faizlə
Əhaliyə göstərilən məişət xidmətlərinin cəmi4119.53566.3115.5
Hüquqi şəxslər üzrə188.7186.4101.2
Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə3930.83379.9116.3

Həmin dövr ərzində əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi 5782.3 min manat təşkil etmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2303.7 min manat və ya 66.2 faiz çoxdur. Göstəricilərin artıq olmasına səbəb kimi pandemiya şəraitinin yüngülləşməsini, iaşə müəssisələrinin yenidən vaxt məhdudiyyəti olmadan fəaliyyətə başlamasını əsas gətirmək olar. İaşə xidmətlərinin 5782.3 min manatını və ya 100 faizini hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar təşkil etmişdir.                                                                                                                                      

Cədvəl 4.

 2022-ci ilin yanvar-iyun ayları min manatla2021-ci ilin yanvar-iyun ayları                     min manatla2021-ci ilin yanvar-iyun ayları 2020-ci ilin yanvar-iyun aylarına   nisbətən, faizlə
Əhaliyə göstərilən iaşə xidmətlərinin cəmi5782.33478.6166.2
Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə5782.33478.6166.2

Əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi yalnız özəl sektora aid olmuşdur. Ötən 2021-ci ilin yanvar-iyun aylarından fərqli olaraq, cari ilin yanvar-iyun aylarında artım məişət və iaşə xidmətlərində də özünü açıq şəkildə göstərmiş olur.

Elsevər İSMAYILOV,

Ağcabədi Rayon Statistika İdarəsinin rəisi

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com