6.4 C
Aghjabadi

Televiziyadan baxdığımız superliqa və ya bizimkilərə Türkiyədə niyə maraq yoxdur?

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan “Beşiktaş” və “Qalatasaray”ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda ajiotaj yaratmış və dərhal futbolçularımızıdan bir neçəsinin adı Türkiyə klubları ilə anılmağa başlamışdı. O vaxt xüsusən hazırda Zaqreb “Dinamo”sunda çıxış edən Mahir Emrelinin qardaş ölkə təmsilçilərinin gündəmində olduğu yönündə məlumatlar dolaşırdı. Eyni tipli bilgilər Emreli Polşa “Legiya”sından ayrılanda da mətbuatda tirajlandı. Buna qədər isə Araz Abdullayev “Boluspor”da peyda olmuş və qış fasiləsinə qədər çıxış etdiyi Türkiyədə futbolçularımıza minimuma bərabər inamının da üstündən xətt çəkmişdi. Hərçənd həmin dövrə kimi daha bir neçə futbolçumuz qardaş ölkədən əli ətəyindən uzun qayıtmışdı. Düzdür, ötən mövsüm “Bursaspor”a Azərbaycan çempionatının bombardiri kimi yollanan və 32 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalan Namiq Ələsgərov ümidlərimizi nisbətən doğrultdu. Amma görünən odur ki, komadasını aşağı dəstəyə yuvarlanmaqdan qurtara bilməyən həmyerlimiz yenə də Super Liqa matçlarını azarkeş kimi izləyəcək, çünki cari mövsümün əvvəlində milli komandamızın üzvü “Sabah”la anlaşmaqla legioner həyatına və dolayısıyla Türkiyənin hər hansı Superliqa klubuna keçmək perspektivinə son qoymuşdu. Elə “Qalatasaray”ın maraq dairəsində olduğu bildirilən Ağdam “Qarabağ”ının və Azərbaycan milli komandasının üzvü Toral Bayramov da ölkə hüdudlarını aşa bilmədi.

 Bəs görəsən, Türkiyə klubları azərbaycanlı futbolçulara niyə maraq göstərmirlər?

Vaxtilə  millimizin məlum səbəblərdən Trabzonda keçirdiyi “ev” oyunları zamanı bəyənilən Vyaçeslav Lıçkinin sonradan Türkiyə milli komandası ilə yoldaşlıq qarşılaşmasında da günəş kimi parlaması sonradan onun Şenol Günəşin sərəncamına yollanmasına imkan yaratdı, ancaq yarımmüdafiəçinin “Trabzonspor” klubundakı karyerası bir oyundan ibarət oldu ki, bu da hələ də Lıçkinin komanda tarixinin ən uğursuz transferlərindən biri hesab edilməsinə yol açıb.

Növbəti dəfə oyunçumuzu Super Liqada görmək üçün baş məşqçimizin orda olması zərurəti yarandı. 1999-cu ilin oktyabrında “Ərzurumspor”un baş məşqçisi təyin olunan Ruslan Abdullayev komandasını 1999/2000 mövsümündə Super Liqada saxlaya bildi. 2000/01 mövsümünün əvvəlində yeni müqavilə imzalayan mütəxəssis köməkçiləri ilə yanaşı, futbolçular Vidadi Rzayev, Rafael Əmirbəyov və Nadir Şükürovu da qonşu ölkəyə apardı. Artıq 2000-ci ilin avqustunda müqaviləsinə xitam verilən baş məşqçi kimi oyunçuların da karyerası uğursuz alındı. Nadir Şükürovla Rafael Əmirbəyov sifariş oluna bilmədiyindən debüt imkanı qazanmadılarsa, Vidadi Rzayev iki çempionat görüşündə meydana çıxdı. İlk iki turda “Trabzonspor”a 1:3, “Qalatasaray”a 0:7 hesablı məğlubiyyət təmsilçilərimizin Türkiyə macəralarına son qoydu.

Bəlkə də Türkiyə Super Liqasında özünə yer tapacağına ən çox ümid etdiyimiz futbolçumuz Rəşad Sadıqov idi. İnsafən, hazırda “Zirə” komandasına rəhbərlik edən keçmiş müdafiəçinin “Kayserispor”dakı karyerası pis başlamamışdı və 10 matçda Kayseri təmsilçisinin formasını geyinən Rəşad Sadıqov avrokuboklarda da debüt imkanı qazandı. Sonradan sağ cinah müdafiəçisi kimi çıxış etməsi ilə razılaşmayan Sadıqov Azərbaycana qayıtmaqla uğurlu karyera qurmaq ehtimallarının üstündən xətt çəkdi. Təsadüfi deyil ki, sonradan “Kocelispor” və “Eskişehirspor”un futbolçusu kimi qardaş ölkəyə dönsə də, müxtəlif səbəblərdən Türkiyədə duruş gətirə bilmədi. Türkiyəyə sonuncu gedişində “Eskişehirspor”da əsas heyətdə möhkəmlənə bilməyən futbolçumuz   2008/09 mövsümünün ikinci yarısında “Kocaelispor”un aparıcı simasına çevrilsə də, sonda komandanın yüksək dəstəni tərk etməsi ilə komandadan ayrılmışdı.Yeri gəlmişkən, həmin mövsümdə Ramal Hüseynov da Kocaeli təmsilçisində debüt etmiş və ilk oyundaca qol hesabını açmışdı. Lakin bütün bunlar onları digər Super Liqa klubuna apara bilmədi.

Türkiyə futbolunun azərbaycanlı yetirməsi İlqar Qurbanova da ümidlər böyük idi. Aşağı yaş qruplarında formasını geydiyi “Fənərbaxça”nın kapitan sarğısını da daşıyan orta xətt oyunçusu sonradan futbolçularını “yağ içində böyrək” kimi saxlayan “Xəzər Lənkəran”ın sərfəli müqavilə təklifinə razılıq verməklə Azərbaycana qayıtdı və sıradan futbolçuya çevirildi. Düzdü, Qurbanov sonradan yenidən Türkiyəyə üz tutdu və Superliqada “Sivasspor”da top qovdu, amma artıq yüksək səviyyəli futbolçu olmaq istəyi xəyaldan başqa bir şey deyildi.

Türkiyənin yüksək liqasında top qovan hələlik sonuncu futbolçumuz isə Ramil Şeydayev oldu.  Maraqlıdır ki, Lıçkinin başladığı Türkiyə macəralarımız eyni klubda – “Trabzonspor”da başa çatdı. Ramil 2016/17 mövsümündə 10 çempionat matçına çıxsa da qol hesabını aça bilmədi. Düzdür, forvard kubokda fərqlənmişdi. Amma Super Liqada uğursuz oynamaqla Türkiyəyə həmkarlarının yolunu bağlamış oldu.

Türkiyədə çıxış edən futbolçularımız çox olsa da, Super Liqada şans qazananları barmaqla saymaq olar. Onların göstəriciləri də öyünməyə əsas vermir. Türkiyə klublarının futbolçularımıza maraq göstərməməsi də məhz təmsilçilərimizin Türkiyədə sərgilədiyi xoşagəlməz performansın nəticəsidir. Çığıraçan Lıçkinin bir oyunluq “Trabzonspor” karyerası, onun həmin klubdakı davamçısı Şeydayevin heç nə ilə yadda qalmaması, aşağı səviyyəyə malik futbolumuzda fərqlənməsi daha güclü liqalarda oynaması üçün yetərli olmayan Rəşad Sadıqovun üç uğursuz cəhdi, yüksək səviyyəli maliyyə iddiaları ilə sıravi yerli futbolçuya çevirilən İlqar Qurbanovun Türkiyədə alınmayan oyunu indi Türkiyə klublarının bizim futbolçuların transferinə soyuq yanaşmasını şərtləndirir.

Tural Məmmədov

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər