Zavod pambıq qəbuluna hazırdır

         Artıq pambıq yığımına başlanılıb. Rayonda fəaliyyət göstərən pambıq emalı zavodlarında məhsulun qəbulu ilə əlaqədar vəziyyətlə tanış olmaq istədik. Bu məqsədlə “Azərpambıq” MMC Ağcabədi filialının direktoru Kazım Gülmalıyevə müraciət etdik. Direktorun dediklərinə görə, cari təsərrüfat ilində “Azərpambıq” MMC Ağcabədi filialı rayonda fəaliyyət göstərən 701 nəfər fermerlə müqavilə bağlayıb. Həmin təsərrüfatlarda 4200 hektar əkin sahəsində bol pambıq yetişdirilib. Zavodun kollektivi tərəfindən pambığın qısa müddət ərzində itkisiz yığılıb daşınması və emal müəssisəsinə qəbul edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Hər il olduğu kimi, cari mövsümdə də məhsul yığımında maşınların gücündən geniş istifadə olunacaq. Bu məqsədlə zavodda 20 pambıqyığan maşın, 40 traktor 98 lafet, 4 ədəd isə yükləyici saz vəziyyətə gətirilib.

Adıçəkilən emal müəssisəsində pambığın sahələrdən daşınması və tədarükü istiqamətində də mühüm addımlar atılıb. Belə ki, zavod ərazisində qəbul edilmiş məhsulun tayalara vurulması üçün hər bir şərait yaradılıb, lazımi təhlükəsizlik və yanğından mühafizə tədbirləri görülüb.

Direktor qeyd edib ki, müəssisə mövsüm ərzində 17 min tona yaxın məhsul tədarük etmək gücünə malikdir. Burada 31 pambıq tayası qurulması nəzərdə tutulub. Bununla belə, ehtiyac olarsa ərazidə əlavə taya yerləri ayırmaq mümkündür. Söhbət zamanı bu da əlavə olundu ki, artıq emal zavodu pambıq qəbuluna start verib. Fermer təsərrüfatları zavoda ardıcıl olaraq pambıq təhvil verməyə başlayıblar.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqalə27 sentyabr anım günüdür
Növbəti məqalədəVətən oğlu

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com