Şəhid Toğrul Abbasovun anım günü qeyd edildi

            Torpağı Vətən edən, onu bütövləşdirən, bu amal uğrunda şəhadətə ucalan Vətən oğullarının sırasında Abbasov Toğrul Bayram oğlu da var idi. Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalan Toğrul Abbasovun doğulduğu Hacıbədəlli kəndində anım mərasimi keçirildi.

            Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri, şəhid ailələrinin üzvləri və ziyalılar iştirak etdilər. Ziyarət zamanı icra başçısı R.Hüseynov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və qətiyyətli mövqeyi sayəsində qazanılan zəfərdən, şəhidlərimizin bu zəfərdə olan misilsiz rolundan söz açdı.

            Sonda qəhrəman şəhidin ruhuna dualar oxundu. Qeyd edək ki, ordu sırasında vəzifəsini şərəflə yerinə yetirən Toğrul Abbasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Pərvin ŞAKİRQIZI

Fotolar Mais İbrahimovundur

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com