Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Xətai Zeynalov təyinat alıb.
Qeyd edək ki, Zeynalov Xətai Vəliş oğlu 2 iyun 1989-cu ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Texnologiya Universitetində təhsil alaraq elektron idarəetmə ixtisasına yiyələnib. 2022-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlətİdarəçilik Akademiyasında təhsilini başa vuran X. Zeynalov “Lokal şəbəkələrdə təhlükəsizlik. Kiber Cinayətkarlıq” mövzususunda elmi işini müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.
O, daha əvvəl Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.