Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon MKS-nin kollektivi, şəhid ailələri, ll Qarabağ müharibəsi iştirakçıları, qazilər, kitabxananın bir qrup fəal oxucuları iştirak ediblər. Tədbirin aparıcısı, rayon MKS-nin direktor müavini Təranə Məmmədova qonaqları salamlayıb, daha sonra Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən rayon MKS-nin direktoru Məhəbbət Əliyeva, Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun qardaşı Vəfadar İsmayılov, şəhid bacısı Nəzakət Abbasova, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva, “Aran” qəzetinin redaktoru Məhsəti Musa 27 sentyabr tarixində Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun bütün cəbhə boyu hərbi əməliyyatlara başlamasından və Ordumuzun Qarabağ torpaqlarını mənfur düşmənlərdən təmizləməsindən söz açıblar. Anım tədbirində 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğulların yaddaqalan xatirələri danışılıb, ruhlarına dualar oxunub. Tədbirdə iştirak edən məktəbli uşaqların şəhidlərimizə həsr etdikləri şeir kompozisiyaları maraqla qarşılanıb. 

Sonda iştirakçılar “Ağcabədi şəhidləri” adlı stend-sərgi və ll Qarabağ müharibəsində Azərbaycan Ordusunun zəfər tarixindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Gündüz SEVİNDİK

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər