Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab Prezident bir neçə önəmli məqamlara toxunaraq Ermənistan tərəfinə vacib mesajlar vermiş oldu. ÖlkəBaşçısının çıxışı təkcə Şəhid ailələrinin deyil, hər birimizin qəlbinə bir təsəlli bəxş etdi. Çıxışda Şəhidlərin intiqamının alınmasının dönə-dönə vurğulanması, hər birimizin Şəhid valideynlərinə mənəvi borcumuzun olduğunun ifadə etməsi xalqın öz dövlətinə olan inam və etibarını artırır. 44 günlük Vətən müharibəsini şanlı tariximiz kimi təhlil edən Ali Baş Komandan qələbənin kökünün xalqın mənəvi birliyində olduğunu qeyd etdi və vurğuladı ki, Füzuli şəhərinin işğaldan azad edilməsi əməliyyatı müharibənin növbəti mərhələləri üçün həlledici rol oynayıb. Ona görə də Füzuli əməliyyatı Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri hesab edilir. Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti olduğunu qeyd etdi. Çünki Füzuli böyük yaşayış məntəqəsi idi. Füzulinin azad olunmasının başlıca əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji ərazidə yerləşməsi ilə bağlıdır.

     Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

   Şanlı Ordumuz xalqımızın 30 ilə yaxın bir zaman kəsiyi ərzində düşmən tərəfindən oğurlanmış, təhqir olunmuş qürurunun geri qaytarıldığını müjdələdi.Azərbaycantorpaqları işğal altında olan dövlət statusunu qalib ölkə, qalib dövlət statusuna dəyişdi. Ölkəmiz təkcə öz torpaqlarını deyil, bütün Cənubi Qafqazı, bəlkə də son iki yüz ildə bəşəriyyətin qarşılaşdığı, lakin düzgün qiymətləndirə bilmədiyi ən təhlükəli bəlalardan birindən – erməni faşizmindən xilas etdi.

     Allah bütün şəhidlərimizə rəhmət eləsin və biz şəhidlərimizin qanını yerdə qoymadıq. Döyüş meydanında qisasımızı aldıq, doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Səfərov Elşən

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər