6.4 C
Aghjabadi

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı kənd sakini kiçik çavuş Əmrah Mamedovun ailəsinə baş çəkiblər.

Çay süfrəsi ətrafında söhbət zamanı şəhidin atası Qaraş Mamedov Əmrahın Suqovuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış komandirini xilas edərkən düşmən gülləsinə tuş gələrək şəhid olduğunu bildirib, Əmrahın ölümündən sonra “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edildiyindən danışıb.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov şəhid Əmrah Mamedovun şücaəti barədə məlumatı olduğunu qeyd edərək, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərə, o cümlədən 22 yaşında şəhidlik zirvəsinə ucalmış Əmrah Mamedova Allahdan rəhmət diləyib.

Şəhid atası Qaraş Mamedov onlara baş çəkdikləri üçün YAP Ağcabədi rayon təşkilatının əməkdaşlarına öz təşəkkürünü bildirib.

YAP Ağcabədi rayon təşkilatının kollektivi həmçinin Hacıbədəlli kəndində şəhid Toğrul Abbasovun məzarını ziyarət edib, önünə çiçək dəstələri düzüblər.

Ziyarətçilər daha sonra şəhidin ailəsinə baş çəkiblər.

Söhbət zamanı Toğrul Abbasobun atası Bayram Abbasov oğlunun şəhid olmasının 2-ci ildönümü ərəfəsində onların ailələrini ziyarət etdikləri üçün YAP Ağcabədi rayon təşkilatının kollektivinə öz təşəkkürünü bildirib, oğlu Toğrulun “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”medalları ilə təltif edilməsindən söhbət açıb. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov şəhidin ölümündən 3 ay sonra dünyaya gəlmiş 2 yaşlı qızını bağrına basıb, ailə üzvləri ilə kədərini bölüşüb.

Görüşün sonunda Bayram Abbasov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər