Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Rizvan” Taekvondo Klubunun idman zalında “Anım Günü”nə həsr olunmuş Taekvondo (PUMSE) idman növü üzrə rayon turniri keçirilmişdir.

56 nəfər idmançının iştirak etdiyi turnir gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilmişdir. Uşaq, yeniyetmə və gənclər arasında keçirilən turnirin yekununda I, II, III yerlərə layiq görülmüş taekvondoçulara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər