6.4 C
Aghjabadi

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

​Bu müharibə mövqe  baxımından  Azərbaycan ordusu üçün çox əlverişsiz bir şəraitdə başlasa da  müharibənin ilk günündən ordumuzun igid əsgər və zabitlərimizin fədakarlığı, hətta canlarını belə əsirgəmədən ölümün gözünə dik baxaraq vətən sevgisi ilə düşmən üzərinə şığıması sayəsində 44 gün ərzində Zəfər Qələbəsi ilə başa çatdı.

​Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin işğal olunan Azərbaycan torpaqlarının siyasi yollarla azad edilməsi uğrunda apardığı bütün cəhdlər Ermənistanın hərbi-siyasi rəhbərliyi və onları himayə edən havadarlarının pozuculuq fəaliyyəti problemin həllinə imkan vermədi. Cənab Prezident Beynəlxalq tribunalarda daim qətiyyətlə Ermənistanın militarist siyasətinin mahiyyətini açıqlayır, onların yeni ərazilər əldə etmək üçün yeni müharibəyə hazırlaşdığını bəyan edir, eyni zamanda vurğulayırdı ki, Ermənistan Azərbaycanın sülh danışıqlarına adekvat cavab verməyəcəyi təqdirdə Azərbaycan Ordusu hərbi yolla torpaqları geri qaytarmağa qadirdir. Beynəlxalq birliyi Ermənistanı dayandırmağa səsləyən cənab Prezident cəsarətlə bəyan edirdi ki, müharibə başlasa bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

​Bu çağırışlara məhəl qoymayan Ermənistan 2020-ci ilin sentyabr ayının 27-də mövqelərimizə genişmiqyaslı hücüm etdi. Hərbi müdaxiləyə cavab olaraq ordumuz əks həmlə ilə uzun illər alınmaz qala hesab edilən “Ohanyan” səddini yararaq ​düşmənə  bütün istiqamətlərdə sarsıdıcı zərbə endirməyə başladı. Bu ölüm-dirim savaşı Azərbaycanın cahanşümül qələbəsi ilə başa çatdı. Müharibənin gedişində 3000 minə yaxın hərbi və mülki vətəndaş şəhid oldu. Lakin onların qanı yerdə qalmadı. Müzəffər Ordumuzun Ermənistan üzərində parlaq qələbəsi vüqarımızı  dikəltdi, Azərbaycan xalqının ləyaqətini özünə qaytardı.

​Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə  hər il sentyabr ayının 27-si Anım Günü kimi qeyd edilir. Müharibənin başlanmasının 2-ci ildönümü- Anım Günü Respublikamızın hər yerində izdihamlı tədbirlərlə qeyd edildi. Xalqımız müqəddəs şəhidlərimizin xatirəsini böyük hüznlə yad etdi.

​Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın məhz 27 sentyabrda-Anım Günündəişğaldan azad edilmiş Füzuli və  digər ərazilərimizə səfəri bir daha göstərdi ki, ölkə rəhbərliyi daim xalqın yanındadır. Səfər çərçivəsində Prezidentin Füzuli rayonunda Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə  qaya parçasında ucaldılmış abidə önündə çıxışı zamanı bir çox məsələlərə toxunmuş, regionda və dünyada baş verən proseslərə, yeni dünya çağırışlarına müvafiq olaraq öz mövqeyini açıqlamış, mesajlarını söyləmişdir.

Çıxışda qeyd edilmişdir ki, biz xoşbəxt nəsilik. Çünki, zaman-zaman itirdiyimiz torpaqları şəhidlərin canı, qazilərimizin qanı bahasına əldəedib yenidən ərazi bütövlüyümüzə qovuşmuşuq.Bu qalibiyyəti bizə milli həmrəyliyimiz, yumruq kimi birləşib, elliklə mübarizə aparmağımız bəxş etmişdir. İndi bu gün işğaldan azad olunmuş torpaqların sahibləri öz ata-baba yurdlarına qayıdır, düşmən tapdağında inləyən torpaqlarımızda həyat yenidən bərqərar olur. 

İstər müharibə dövründə, istərsə də postmüharibə dövründə ölkəmizə, bizim haqq işi uğrunda  mübarizəmizə qarşı ciddi təzyiqlər, təpkilər oldu. Lakin biz Azərbaycan xalqının həmrəyliyindən və vətənə sevgisindən güc alaraq bu təhdidlərə sinə gərdik. Azərbaycan heç vaxt öz ərazi bütövlüyünə qarşı yönəldilmiş təhdidləri cavabsız qoymayacaq. 

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini.

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər