5.6 C
Aghjabadi

Heç kim unudulmur…

    İki il öncə dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə uzun illlər işğal altında olan torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə idi ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxırdı.

 Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

     Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

    Bu sevinci, bu xoşbəxtliyi bizə yaşadanların bir qismi də Beyləqan rayonunun payına düşür. Belə ki, Beyləqan rayonu birinci Qarabağ döyüşlərində 218 nəfər, ikinci dəfə isə 141 nəfər şəhid vermişdir. Bu şəhidlərdən biri də Beyləqandan olan Elnur Vəliyevdir.

Şəhid Vəliyev Elnur Mirsiyab oğlu 1999-cu il 30 avqustda Beyləqan rayonunun Təzəkənd kəndində zəhmətkeş kəndli ailəsində dünyaya gəlib.

     Müddətli hərbi xidmətini başa vurduqdan sonra 2020-ci ildə sənədlərini “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna verib. Kursu uğurla bitirərək Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb. İşə başladığı ilk günlərdən nizam intizamı, özünə qarşı tələbkar olması ilə seçilən Elnur döyüş və fiziki hazırlıqdan da geri qalmır, daim öz üzərində işləyirdi.

27 sentyabr 2020-ci il Vətən müharibəsi başlayan ilk gündən Elnur Murov dağdan Kəlbəcər istiqamətində hücuma keçən XTQ-nın tərkibində döyüşmüşdür. 28 sentyabrda verilən döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən düşmənin ağır artilleriyasından atılan mərmi Elnurun yanına düşüb. O, aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi bir neçə gün neytral ərazidə qaldıqdan sonra oktyabrın 2-də ailəsinə təhvil verilib, elə həmin gün Təzəkənddə uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb.

       2 oktyabr 2022-ci il tarixdə doğulduğu torpaqda Şəhidimizin ildönümü qeyd edilmişdir. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin, Təzəkənd İcra nümayəndəliyinin, Beyləqan rayon Mədəniyyət Mərkəzinin, müxtəlif QHT-lərin nümayəndələri və şəhid ailələri iştirak etmişlər. Tədbirdən əvvəl şəhidin qəbirüstü abidəsi ziyarət edilmiş, məktəblilər tərəfindən  şeirlər səslənmişdir. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirəm. Ruhları şad olsun

Arzu Rəhimov

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər