Prezident İlham Əliyev 2022-2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
“Aranqazeti.az” saytı xəbər verir ki, Prezident təqaüdünə layiq görülən tələbələrin sırasında həmyerlilərimiz Sadıqlı Nərmin Arif qızı, Mamedova Fədayə Cabir qızı və Bünyadov İslam Elnur oğlu da var.
Qeyd edək ki, N.Sadıqlı, F.Mamedova və İ.Bünyadov ali məktəblərə qəbul imtahanlarında iştirak edərək, yüksək nəticə göstəriblər.



Təbrik edirik!
Rəmziyyə Həsənova