Ağcabədi Olimpiya İdman Kompleksində şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon açıq birinciliyi keçirilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə Ağcabədi, Beyləqan, Bərdə, Ağdam, Laçın, Cəbrayıl və Xocavənd rayonlarından olan 150-dən çox idmançı mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan birinciliyin sonunda ayrı-ayrı çəki dərəcələrində I-III yerləri tutan idmançılara diplom və medallar təqdim edilib.