5.6 C
Aghjabadi

Ulu Öndər Milli Azərbaycançılıq ideologiyasının banisidir

               Müasir  Azərbaycan  Dövlətinin  qurucusu  və  banisi , bütün türk dünyasının tanınmış lideri  Ulu  Öndər  Heydər  Əliyev  öikəmizin hərtərəfli inkişafı üçün çox  böyük işlər görmüşdür.   Olduqca mürəkkəb bir dövrdə xalqın harayına çatan Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən yeni çağırışlarına cavab vermək bacarığı ilə dünyanın  tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir şəxsiyyətlərdən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqının rifahını, vətəninin tərəqqisini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.

      Ümumilli Lider ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib, onun qəlbində sabaha inam hissi yaratmış, düçar olduğu bəlalardan qurtarmaq əzmi aşılamışdır.  

         1993-cü ilin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün  səriştəsiz rəhbərliyi sayəsində Respublikada gərginləşən ictimai-siyasi vəziyyət kuliminasiya həddinə çatmışdı.

         Xalq mövcud hakimiyyətin artıq ölkəni idarə edə bilməməsi və torpaqların ardıcıl olaraq Ermənistan tərəfindən işğal  olunmasını görərək, nicat yolunu Heydər Əliyevin ölkəyə rəhbərlik missiyasını üzərinə götürməkdə görürdü.

         Ulu Öndər  xalqın çağırışlarına səs verərək tarixə “Qurtuluş günü” kimi düşən 15 iyun 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtması ilə ölkədə tədricən həyat axarına düşməyə başladı, ölkə anarxiya və məhvolma bəlasından qurtuldu.

         1993-cü ili oktyabr ayının 3-də keçirilən Prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçkilər Azərbaycanı inkişafa aparan yolun ilk pilləsi kimi mühüm önəm daşıdı. Ulu Öndər Prezident seçildikdən sonra ölkəmizin hüquqi və siyasi-iqtisadi  müstəqilliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atdı. AXC-Müsavat cütlüyü dövründə bir çox ölkələrlə pozulmuş münasibətləri  nizama saldı, çökmüş iqtisadiyyatın bərpa olunması üçün genişmiqyaslı tədbirlər həyata keçirdi, Ordu quruculuğunu ən vacib sahə kimi ön plana çəkdi.       Ermənistanla aparılan müharibədə atəşkəsə nail olunması ilə ayrı-ayrı silahlı dəstələrin vahid ordu kimi birləşdirilməsi, ordu quruculuğuna başlanması üçün  vaxt əldə edildi. Böyük siyasi iradə nəticəsində bağlanan Neft kontraktları-Əsrin müqaviləsi ölkənin iqtisadi inkişafının təməlini qoydu.

         2003-cü ildə Ölkə Prezidenti seçilən İlham Əliyev Ulu Öndərin ideyalarına  sadiq qalaraq onun başladığı yolu uğurla davam etdirdi.

         2020-ci ilin noyabrın 10-da Ermənistanın məğlubiyyəti ilə başa çatan Zəfər Qələbəsi Ulu Öndərin atalar sözü kimi söylədiyi “inanın ki, biz o torpaqlara qayıdacağıq” sözlərinin həqiqətə çevrilməsinin təntənəsinə çevrildi.

         Nazim Bünyatov

         YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər