6.4 C
Aghjabadi

Ulu Öndərin arzuları reallığa çevrildi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi taleyüklü anlar və məqamlarla zəngindir. Həlledici amil isə liderlik fenomeni, yaxud lider faktorudur.

İnkaredilməz həqiqətdir ki, Azərbaycanın tənəzzüldən qurtulması, müasir müstəqil dövlət kimi inkişafa, sabitliyə və tərəqqiyə nail olması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, dövlətçilik tariximizdə Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir.

1993-cü ilin oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin xalqın böyük etimadı əsasında prezident seçilməsi isə Azərbaycan üçün dönüş nöqtəsi olmuşdur. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider kimi Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq Vətənini fəlakətdən qurtarmış, ölkəsini çevriliş cəhdlərindən, xaosdan hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etmişdir.

Təsadüfi deyil ki, müstəqillik dövründə Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və tərəqqi dönəmi kimi yadda qalmışdır. Azərbaycan xalqı Ulu Öndərin tarixi və misilsiz xidmətlərini yüksək qiymətləndirir və Onun əbədiyaşar ideyalarını dərindən mənimsəyib. Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi isə həm dövlətçilik və müstəqillik tariximizin, həm də Heydər Əliyev irsinin dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinədir və onun öyrənilməsi vacibdir. Çünki bu irs Azərbaycan xalqını, ölkəmizi xoşbəxt gələcəyə aparan əvəzsiz mirasdır.

Sevindirici haldır ki, ölkəmizin bugünkü reallıqları Ümummilli Liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu ölkə, sabitlik və firavanlıq adasıdır. Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət kimi tanınır. Heydər Əliyev ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın təmin olunmasıdır. Xalq-iqtidar birliyinin və sarsılmaz milli həmrəyliyin mövcud olması isə müstəqil Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirir. Nəhayət, Ümummilli Liderimizin əsasını qoyduğu uğurlu strateji kursun, o cümlədən xarici siyasətin, ordu quruculuğunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir.

Bir sözlə, müstəqil, qüdrətli və qalib Azərbaycan Heydər Əliyev yolu ilə parlaq nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir, milli hədəfləri reallaşdıraraq gələcəyə doğru inamla addımlayır.

Nəriman Orucov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi.               

  04.10.2022

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər