6.4 C
Aghjabadi

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və  təşkilatların nümayəndələri və kənd sakinləriiştirak ediblər. 

Səyyar qəbulda çıxış edən rayon rəhbəri  gündən-günə inkişaf edən ölkəmizin uğurlu daxili və xarici siyasət nəticəsində regionda güclü dövlətə çevrilməsindən, Azərbaycanın bir çox beynəlxalq tədbirlərin əsas iştirakçısı olmasından, ölkəmizdə bütün sahələrdə olduğu kimi bölgələrin sosial-iqtisadi inkişafı sahəsində də ardıcıl və  uğurlu siyasət aparılmasından söz açıb. R. Hüseynov eyni zamanda işğaldan azad olunan ərazilərdə görülən yenidənqurma və abadlıq işləri barədə də danışıb. Qeyd olunub ki, azad olunmuş ərazilərdə mina təhlükələrinin aradan qaldırılması, çətin relyefə malik yerlərdə beynəlxalq aeroportların tikilməsi, qısa müddət ərzində yaşıllıq zonalarının və yeni kəndlərin  salınması uğurluaddımdır və bütün bunlar böyqk investisiya tələb edir. O, da bildirilib ki, bu ərazilərə səfər edən xarici təşkilat nümayəndələri az vaxt ərzində böyük inkişafın şahidi olublar. 

Sonra sakinlərin  təklifləri və onları narahat edən problemlər dinlənilib. Kənd sakinləri Nübar Kazımova, Ədalət Hüseynov, Kərim Ələkbərov, İsgəndər Qarayev, Qərib Alıyev içməli su və suvarma suyunun qıtlığı, kənddə uşaq bağçasının olmaması məsələlərini diqqətə çatdırıb.Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin, onların həlli yollarının araşdırılması üçün müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Fotolar Mais İbrahimovundur

Rəmziyyə HƏSƏNOVA

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər