6.4 C
Aghjabadi

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

          

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuşdur. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan ordusu Ermənistanın təxribatlarının qarşısını almaq məqsədi ilə əks-həmlə əməliyyatı həyata keçirərək Azərbaycanın Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməsi barədə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri arasında birgə Bəyanat imzalandı.

Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərində təbiətə qarşı düşmən münasibəti nəticəsində  işğal altında olan ərazilərdə əsl vandalizm həyata keçirildi. Düşmənin törətdiyi  ekoloji terror nəticəsində regionun ətraf mühitinə ciddi təhlükə yaranmışdır. Uzun müddət həmin ərazilər narkotik vasitələrin becərilməsi və tranziti rolunu oynayıb. Qazanılan Qələbə nəticəsində artıq ermənilərin bu qanunsuz  əməllərinə son qoyulub.

    Biz bu gün Böyük Qayıdışın astanasındayıq. Artıq işğaldan azad olan yaşayış məntəqələrimizdə görüləcək işlərin baş planı hazır olmaqla yanaşı uğurla icra edilməsinə başlanıb. Hazırda düşməndən azad edilən ərazilərimizdə geniş miqyasda tikinti, bərpa-quruculuq işləri aparılır. Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında indi bir coşğunluq yaşanır, yeni layihələrin icrasına start verilir. “Böyük Qayıdış”ın başlandığı ilk rayon olan Cəbrayılda da yeni layihələr uğurla icra edilir. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin dediyi kimi: “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci böyük uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır.

  30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə atıldı. Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

      Vətən müharibəsinin başa çatdırılması və Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan kifayət qədər iqtisadi potensial topladı. Ölkədə təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı iqtisadi islahatların sayı artırılmaqdadır. İqtisadiyyatın və sosial məkanın bazar tələblərinə uyğun yenidən qurulması üçün mühüm addımlar atılmağa başlanılmışdır.

       Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərilə mətinliklə dəf etdiyini aydın göstərir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər