6.4 C
Aghjabadi

Azərbaycanın Bolqarıstanla əməkdaşlığı yeni perspektivlər vəd edir

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabr  ayının 30-da Bolqarıstan Respublikasına rəsmi  səfəri hər iki ölkənin qarşılıqlı əməkdaşlığının yeni perspektivlərə yol açdığını nümayiş etdirdi.

​Ölkə Başçımızın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibli görüşündə qeyd edib ki,  ölkələrimizin  siyasi, iqtisadi və digər sahələrdə əlaqələri iki dost ölkənin əvvəldən mövcud olan yaxşı münasibətlərinin bundan sonra genişlənərəkstrateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə əminik.

​Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev də ölkələrimiz arasındakı münasibətlərin sıx dostluq, qarşılıqlı hörmət telləri ilə bağlı olduğunu, əlaqələrin  strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini,son illər yüksək səviyyədə siyasi dialoq nəticəsində qarşılıqlı olaraq hər iki ölkə üçün böyük  əhəmiyyəti olduğunu ifadə edib.

​Azərbaycanla Bolqarıstan arasında  diplomatik münasibətlərin yaranmasının 30 ili ərzində bir çox istiqamətlərdə, xüsusən neft-qaz sahəsində səmərəli əməkdaşlıq hər iki ölkəyə böyük fayda gətirmişdir. Elə buna görə də ​Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında  qeyd etmişdir ki, “Avropa İttifaqı ilə Azərbaycan arasında  bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu memoranduma əsasən növbəti bir neçə ildə biz Avropaya qaz ixracımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var”.

​Cənab Prezident daha sonra təbii qazın Yunanıstan vasitəsi ilə Bolqarıstana nəql edilməsini Avropanın enerji xəritəsinin dəyişdirməklə digər region ölkələri ilə iqtisadi əməkdaşlığın inkişafını sürətləndirəcəyini,TAP-ın inkişafında mühüm bir mərhələnin başlanacağını və Cənub Qaz Dəhlizinin şaxələnməsinə gətirib çıxaracağını vurğulamışdır.

​Azərbaycanla Bolqarıstan arasında  iqtisadi əlaqələr təkcə enerji sahəsi ilə bitmir. Ölkələrimiz arasında informasiya texnologiyaları, süni intellekt, “yaşıl enerji”, maşınqayırma, qida, əczaçılıq, kənd təsərrüfatı və bu sahənin  inkişafı üçün lazım olan kimyəvi preparatların istehsalı üzrə birgə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

​Hər bir ölkənin inkişafında nəqliyyat infrastrukturunun geniş şəbəkəyə malik olması mühüm rol oynayır. Bu nöqteyi nəzərdən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi həm Azərbaycan, həm də Bolqarıstan üçün böyük fayda vermişdir. Bu xətt istifadəyə veriləndən sonra  Avropa İttifaqı və Mərkəzi Asiya regionlarının bazarlarına hər iki ölkənin çıxışı təmin olunmuşdur. Statistika göstərir ki, təkcə 2022-ci ilin I yarımilliyində Azərbaycan üzərindən ötürülən tranzit yüklərin həcmi 30% artmışdır.

​Dost ölkə kimi Azərbaycan və Bolqarıstan 1988-ci ildən TRASECA layihəsinə qoşulmuş, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx əlaqələr qurmuşdur.

​Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  oktyabr ayının 1-də Yunanıstan- Bolqarıstan Qaz interkonnektorunun (İGB) açılışı mərasimi çərçivəsində Yunanıstan Respublikasının Baş Naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş Naziri Nikolae-Yonel Çuke ilə görüşləri bu ölkələrlə də  strateji əməkdaşlıq və enerji layihələri istiqamətində əlaqələrin daha da inkişaf  etdirilməsi baxımından çox əlamətdar olmuşdur.

​Bolqarıstan səfəri də ölkə Prezidentinin böyük  siyasi və iqtisadi əhəmiyyət kəsb edən son səfərləri kimi zəngin palitraya malik, ölkəmizin milli maraqlarına xidmət edən bir səfər olmuşdur.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər