5.6 C
Aghjabadi

Enerji layihələri ölkənin inkişafına və xalqın rifahına xidmət edir

    Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri Azərbaycanın dünyada rolunun artmasından və mövqeyinin güclənməsindən xəbər verən bir səfər olmuşdur. Ölkə rəhbərinin avropalı liderlərlə təması və onların Azərbaycan rəhbərinə öz minnətdarlıqlarını bildirməsi Prezidentimizin yürütdüyü məqsədyönlü beynəlxalq siyasətin bəhrəsi kimi dəyərləndirilir.

  ​Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinəçatdırılmasında iki dost ölkənin Prezidentlərinin çox böyük rolu olmuşdur. Bu səfərə qədər də iki ölkə arasında xeylisayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Prezident İlham Əliyev Bolqarıstana sonuncu səfər zamanı əldə edilən razılaşmalar daha böyük əhəmiyyət kəsb etmişdir. Prezident çıxış edərək energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizim, informasiya texnologiyaları, humanitarvə mədəniyyət sahəsində əməkdaşlığın 30 illik diplomatik fəaliyyət dövründə daha da inkişaf etdiyini vurğulamışdır.

  ​Ümumiyyətl, yaxın keçmişə nəzər salsaq görərik ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin enerji hasilatı tarixində yeni mərhələ başlayıb. Azərbaycan bu dövrdə təbii sərvətlərinə real şəkildə sahiblik hüququ qazanıb. Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın təkidli və tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda bütün sahələrdə, o cümlədən enerji sektorunda böyük dirçəlişin əsası qoyuldu və milli maraqlara söykənən siyasət həyata keçirilməyə başlandı.

      Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa başlayıb. Dünyanın müasir enerji xəritəsi yalnız iqtisadi deyil, eyni zamanda mühüm siyasi konfiqurasiyaların formalaşmasına təsir etmişdir. Sənayenin yüksək sürətlə inkişafı ilə bağlı çağdaş iqtisadi tələblərin qarşılanması, həmçinin, ekosistemin mühafizəsinin təmin olunması hazırda çox mühüm amil olduğu üçün alternativ enerji mənbələrindən istifadə sürətlə artsa da dünya dövlətlərinin neft və qaza yenə də ciddi ehtiyacı var. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa dövlətlərini yenienerji istehsalçıları ilə qarşılıqlı, səmərəli tərəfdaşlıq münasibətləri qurmağa sövq edir. Mövcud enerji mənbələri içərisində isə Xəzər regionu dövlətləri, xüsusilə də Azərbaycan özünəməxsus mövqeyə sahibdir.

​Bu nöqteyi nəzərdən Azərbaycanın Neft-Qaz ixracatçısı kimi dünya xəritəsində mühüm rola malik bir ölkə kimi tanınması çox müsbət bir tendensiyadır. Bu sahədən ölkəyə daxil olan vəsaitin işğaldan azad edilən ərazilərin inkişafına və bərpasına, əhalinin maddi-rifah halının yüksəlməsinə yönəldilməsi ölkə Başçısının dövlətinə və xalqına verdiyi önəmin ifadəsidir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər