Azərbaycanın Avropadakı dostlarının sayı artır

     Cari ilin 30 sentyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanda çox zəngin proqramla rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkəmizin rəhbərinin keçirdiyi mühüm görüşlər və iştirak etdiyi tədbirlər Azərbaycan-Bolqarıstan əlaqələrinin, eləcə də ölkəmizin Avropa ölkələri ilə əməkdaşlığına çox mühüm töhfə vermiş oldu. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır.Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək.Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə o, Bolqarıstana daxil olur. Möhtərəm Prezidentimiz çıxışı zamanı Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyurduğunu, uzun illər Azərbaycanın beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olduğunu bildirmişdir.

        İki ölkə arasında əməkdaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin 1995-ci il iyun ayında Bolqarıstan Prezidentinin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib.Heydər Əliyev və o zamanki Bolqarıstan Prezidenti Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət – iqtisadi və elmi – texniki əməkdaşlıq haqqında, iki dövlətin müvafiq əraziləri arasında və hədlərindən kənarda hava əlaqəsi haqqında,dostluq münasibətləri və əməkdaşlıq haqqında və digər saziş və müqavilələr imzalanıb.

       Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə şatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir. Nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. 

      Heç şübhəsiz, bundan sonra da Azərbaycan və Bolqarıstan arasında yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur.Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. Bütün bunlar göstərir ki, Bolqarıstanın timsalında Azərbaycanın Avropadakı dostlarının sayı artır.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər