Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işəbaşlaması və Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev və birinci xanım Mehriban ƏliyevanınForumun açılış mərasimində iştirak etməsi forumun aktual mövzuya həsr edildiyini və siyasi mahiyyətinə görə sanballı Beynəlxalq tədbir olduğunu göstərdi. Eyni zamanda, Azərbaycan həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət daşıdı.
Ölkə Prezidenti çıxışında qeyd etdi ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağıdılıb. Dövlət başçısı çıxışında ermənilərin işğal dövründə 1 milyondan çox mina basdırdığını da diqqətə çatdırdı. Qeyd etdi ki, genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti hələ də davam edir.
Ölkə başçısı bildirdi ki, Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulub, həmin ərazilərin etnik təmizləməyə məruz qaldığını bildirib, müstəqilliyin ilk illərində qayğıya ciddi şəkildə ehtiyac olan zaman qaçqın və məcburi köçkünlərimizə göstərdiyi dəstəyə görə beynəlxalq təşkilatlara, xüsusilə BMT təsisatlarına minnətdarıq ifadə edib.
Münaqişə dövründə beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Ölkə başçısı qeyd etdi ki, bu gün işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.
Forumun rəsmi açılışından sonra keçirilən sessiyalarda Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Yaşayış Məskənləri Proqramı üzrə məsul şəxs Anna Save, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev, Böyük Britaniyanın “Champan Taylor” şirkətinin direktoru Marselina Zielinska, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov çıxış edərək müzakirə edilən məsələlər barədə fikirlərini bölüşüblər.
Azərbaycan Milli Şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislər təcrübə mübadiləsi etmiş, gələcək əməkdaşlığın genişləndirilməsi üçün razılığa gəlmişlər.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı