Ağcabədi Regional Mədəniyyət İdarəsi rayon mərkəzi kitabxanasının inzibati binasında Vətən müharibəsinin başlanmasının ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində erməni terrorunun qurbanı olan mülki şəhidlərimizin xatirəsinə həsr olunub.
Tədbirdə Ağcabədi Rayon Mərkəzi Kitabxana Sisteminin, rayon dövlət rəsm qalereyasının və Nəriman Nərimanov adına şəhər klubunun əməkdaşları iştirak ediblər.
Öncə, terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra tədbirdə çıxış edənlər Gəncə terroru nəticəsində həlak olan şəxslərdən söz açaraq, erməni faşistlərinin törətdikləri vandallığı lənətləyiblər.
Hüseyn QULUZADƏ