“Hamı gül əkdi, gül dərdi…”

      Tanınmış ziyalı, həmyerlimiz Ələkbər Əsgərlinin “Sarvan” çap evində yenicə işıq üzü görmüş kitabı belə adlanır. Müəllif sözügedən kitabı qardaşı, keçmiş Azərbaycan Dövlət Universitetinin (indiki BDU) müəllimi, görkəmli filosof Qənbər Əsgərovun xatirəsinə həsr edib. Bundan əvvəl onun sovet repressiyasının qurbanı olmuş mərhum filosofun faciəli taleyi ilə bağlı “Yarımçıq ömrün akkordları 2018-ci il” adlı araşdırmalardan və xatirələrdən ibarət məqalələr toplusu nəşr edilib.

“Hamı gül əkdi, gül dərdi” kitabında Qənbər Əsgərovun doğulduğu Kəbirli kəndində “Yarımçıq ömrün akkordları” kitabının təqdimatı münasibəti ilə keçirilən yığıncaqda səsləndirilmiş fikirlər, xatirələr geniş əksini tapıb. Kitabda həmçinin Qənbər Əsgərovun keçmiş şagirdləri, tələbələri, həmyerliləri ilə yanaşı, respublikanın nüfuzlu ziyalılarının fikir və mülahizələri, xatirələri yer alıb.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com