Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 6-da Çexiya Respublikasının paytaxtı Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş Naziri Nikol Paşinyanla dördtərəfli görüş keçirmişdir.
Gərgin keçən danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsində bir sıra önəmli razılaşmalar əldə edildi.
Qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını etiraf etdi. BMT Nizamnaməsinə əsasən Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar.
Lakin bu siyasi uğur heç də asan əldə edilmədi. Siyasi analitiklərin proqnozlaşdırdığı kimi daim Ermənistanı dəstəkləyən Fransa Prezidenti Emmanuel Makron tərəfindən edilən siyasi təzyiqlər Azərbaycan Prezidenti İlham Əliyev qətiyyəti və siyasi əzmkarlığı sayəsində nəticəsiz qaldı.
2 mərhələdən ibarət 5 saatlıq görüş Prezident İlham Əliyevin diplomatik uğuru ilə nəticələndi.
Azərbaycanın Milli Maraqlarını hər şeydən üstün tutan Prezident İlham Əliyev Avropa İttifaqı və Fransanın Azərbaycan ərazilərini əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regionun işlərinə müdaxilə etmək istəyinin qarşısı alındı, monitorinqin yalnız Ermənistan ərazisində aparılmasına razılıq verildi. Azərbaycan isə tərəf olaraq öz maraqlarına uyğun şəkildə bu missiya ilə Əməkdaşlıq edəcəyini, sərhədlərin delimitasiya prosesinə hörmətlə yanaşacağını bildirdi.
Görüş Azərbaycanın Ermənistanı icra etməli olduğu öhdəlikləri yerinə yetirməyə məcbur edən bəyanatın qəbul edilməsi ilə nəticələndi. Bəyanatda deyilir:
“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suvernliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq.”
Bəyanatın siyasi mahiyyəti və məntiqi nəticəsi ondan ibarətdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu təsbit edildi.
Azərbaycan Respublikasının Prezidenti Praqa şəhərində iştirak etdiyi dördtərəfli görüş dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində geniş içıqlandırılmışdır.
Türkiyənin, Yaponiyanın, Ərəb ölkələrinin, Ukraynanın, Moldovanın, Gürcüstanın və sair ölkələrin mətbu nəşrlərində, televiziya kanalllarında və sosial şəbəkələrdə Praqa görüşü, İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti barədə geniş məlumat və məqalələr verilmişdir. Elə Ermənistan KİV-lərində və sosial şəbəkələrdə də Praqa görüşlərinə geniş yer ayrılıb. Erməni siyasəçiləri və ekspertlərin yazdıqları şərhlərdə qeyd edirlər ki, Sülh sazişinin imzalanması Ermənistanın böhrandan çıxmasına və gələcək inkişafa gətirib çıxaracağ yeganə yoldur.
Təhlillər göstərir ki, Praqa görüşləri bütün aspektlərdə Azərbaycanın növbəti uğuru, Ölkə Prezidentinin parlaq siyasi qələbəsidir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini