Ağcabədidə “44 gün – Tarixi Zəfər” adlı üçcildliyin birinci cildinin təqdimat mərasimi keçirilib

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün – Tarixi Zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildinin təqdimat mərasimini keçirib.

Ağcabədi, Ağdam və Laçın rayonlarından olan şəhid ailələrinin də iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib (digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür).

Bu vaxta qədər Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr olunub. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.

Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin “Vətən daşı… və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub.

“Heç kim unudulmur, heç nə yaddan çıxmır!” devizi ilə ərsəyə gələn Xatirə kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Elçin Cəfərov “44 gün – Tarixi Zəfər” adlı üçcildli kitabın (“A-Ə” hərfləri üzrə) birinci cildi ilə bağlı fikirlərini bildirib. Kitabın nəşrə hazırlanmasında əməyi keçən bütün əməkdaşlara təşəkkürünü ifadə edib.

Tədbirdə şəhid ailələrinə “44 gün – Tarixi Zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildi təqdim olunub. Ağcabədi rayonundan olan şəhid Ömər Rəhimli, Əmrah Abışov və Vüsal Şükürovun həyatı, keçdiyi döyüş yolundan bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “Vətən daşı… və ya 44 günün dastanı” sənədli filmləri nümayiş etdirilib.

Xəbər lenti

Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

"Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.

Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib – FOTOLAR

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində yol qəzası baş verib. Belə ki, Ağdam rayon sakininə məxsus "Mercedes" markalı...

Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents...

Dünyanın ən çox ziyarət olunan saytları məlum olub

Aran xəbər verir ki, "Similarweb" tərəfindən dünyanın ən çox ziyarət edilən saytları açıqlanıb. Birinci yerdə dünyanın ən böyük axtarış platforması hesab edilən...

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində – Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı...

Soyuq havaya baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx doqquz...

Ağcabədidə sahibsiz itlər şəxsi təsərrüfata hücum edib

Aran xəbər verir ki, hadisə rayonun Şənlik kəndində baş verib. Belə ki, ötən gün axşam saatlarında kənd sakini Ziyad Səfərovun həyatyanı sahəsinə...

İran ərazisində baş verən zəlzələ Ağcabədi rayonunda da hiss olunub – SON DƏQİQƏ – Yenilənib – 3

Saat: 22:30 İlkin məlumata əsasən, yeraltı təkanlar saat 22:14-də İranın Qərbi Azərbaycan ostanının Evoğlu şəhərində 5,3 bal gücündə qeydə...

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin...

Şərhlər