Azərbaycan Atletika Federasiyası tərəfindən keçirilən “Atletika üzrə istedadlı uşaqların müəyyən edilməsi” layihəsinin Ağcabədi mərhələsi uğurla başa çatıb.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektoru və Ağcabədi Olimpiya İdman Kompleksinin təşkilati dəstəyi ilə keçirilən yarışda uşaqlar uzunluğa tullanma, top atma və 30 metr məsafəyə qaçış üzrə güclərini sınayıblar.
Qalib və mükafatçılara medallar, diplomlar və hədiyyələr təqdim olunub.