6.4 C
Aghjabadi

Ağcabədidə 10 yeni subartezian quyusu istifadəyə veriləcək

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC yaxın bir ayda Ağcabədi rayonunda 10 ədəd subartezian quyusunu istifadəyə verməyi planlaşdırır.

Xatırladaq ki, bir qədər əvvəl Milli Məclisin deputatı Aqil Abbas səhmdar cəmiyyətinin yeni rəhbərliyinin ünvanına ittihamlar səsləndirib.

“Rayonda 29 ədəd subartezian quyusunun yeri müəyyən edilərək aktlar tərtib olunub və onları Rayon İcra Hakimiyyəti təsdiqləyib. Bu il subartezian quyularının layihə sənədlərinin hazırlanması və növbəti illərdə qazılması nəzərdə tutulur.

Rayon ərazisində uzun müddət istismar olunmuş və su səfi azalmış mövcud 111 ədəd subartezian quyularından son 5 ildə ayrılan vəsaitə uyğun 35 ədədində əsaslı təmir işləri aparılıb. Bu il 15 ədəd, növbəti ildə daha çox quyunun əsaslı təmir olunması həyata keçiriləcək. Bununla da, 2024-ci ildə qeyd olunan quyuların əsaslı təmiri əsasən başa çatdırılacaq.

Bundan başqa hər il orta hesabla 400-500 quyuda cari təmir işləri görülür. 2022-ci ilin 9 ayı ərzində istismar müddəti başa çatmış və təmir olunması mümkün olmayan subartezian nasoslarının dəyişdirilməsi üçün səhmdar cəmiyyəti Ağcabədi Suvarma Sistemləri idarəsinə 79 ədəd yeni subartezian nasosları verib ki, bu da ötən illərin müvafiq dövrü ilə müqayisədə 10 %-ə qədər çoxdur.

Bu il Ağcabədi rayonunda 63 min ha sahədə əkilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin 40,7 min hektarı mexaniki üsulla (o cümlədən 26,7 min ha 1026 ədəd subartezian quyuları və 14 min hektarı 52 ədəd nasos stansiyası) və 22,3 min hektarı öz axını ilə (Yuxarı Qarabağ, Yuxarı Mil və Xan qızı kanalları) suvarma suyu ilə təmin olunur.

2022-ci ilin 1 oktyabr tarixinə rayon üzrə kənd təsərrüfatı bitkiləri 63,0 min ha sahədə orta hesabla 6,2 dəfə (ötən il 4,9 dəfə) suvarma suyu ilə təmin olunub, o cümlədən 19,8 min hektar sahədə dənli bitkilər 3,4 dəfə, 11,8 min hektar sahədə pambıq 4,4 dəfə, 22,7 min hektar yem bitkiləri 6,6 dəfə, 3 min ha çoxillik əkmələr 3,6 dəfə, 1,4 min hektardan artıq bostan-tərəvəz bitkiləri 7,3 dəfə, 4,3 min ha həyətyanı sahələri 9 dəfə suvarılıb”, – deyə qurumun açıqlamasında qeyd edilib.

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər