Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Müharibə təəssüratlarım” mövzusunda dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar “Müharibə təəssüratlarım” mövzusunda dəyirmi masa keçirilib.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva bildirib ki, 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək, ölkəmizə qarşı hərbi təcavüzə başlayıb. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edərək torpaqlarımızın 20 faizini işğal edib, etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Aran Ağcabədi TV-nin redaktoru Gündüz Sevindik, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Romin Abdullayev, Mərkəzin elmi işçisi Ruhin Hüseynov Vətən müharibəsindən, işğaldan azad olunmuş torpaqlarımızın flora və faunasından, mədəniyyət abidələrindən, coğrafiyasından, xalqımızın birliyindən, ordumuzun rəşadətindən ətraflı bəhs ediblər.

Sonda tədbir iştirakçıları “Qələbənizin ruhu naminə” adlı sərgi ilə tanış olublar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com