5.6 C
Aghjabadi

Ağcabədidə pambıq yığımı davam edir

                  

   Respublikanın bir çox təsərüffat rayonlarında olduğu kimi Ağcabədidə də pambıq yığımının ən qızğın vaxtıdır. Qeyd edək ki, rayonda pambıq yığımı 21 Sentyabr tarixindən başlanılıb. Bu günə kimi 10.666 ton pambıq yığılaraq pambıq tədürükü məntəqələrinə təhvil verilib. 

   14 Oktyabr tarixində Ağcabədi şəhər inzibati ərazi dairəsində yerləşən, təcrübəli fermer İbrahim Ağamirovun da sahəsində pambıq yığımına başlanılıb. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, MKT İstehsalat Kommersiyası Ağcabədi filialının direktoru Şahin Məhərrəmov, Azərpambıq Aqrar Sənaye Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağcabədi Pambıq İstehsalı və Emalı zavodunun direktoru Kazım Gülmalıyev, “P – Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağcabədi filialının direktoru Süleyman Süleymanov, bir qrup fermerlər və mütəxəssislər yığım prosesini yaxından izləyiblər.  

   Fermer İbrahim Ağamirov 10 hektar sahəyə əkdiyi “Lazer” pambıq sortundan ən azı 52-55 sentner məhsul götürəcəyini söyləyir. Sahədə defolyasiya işləri uğurla aparıldığından hazırda tarlada bol məhsul var. Ümumi sahələrdə 19 kombaynın yığım proseslərinə cəlb edilməsi isə yığım işlərinin olduqca sürətli getməsindən və daha çox məhsulun toplanacağından xəbər verir.

Gündüz SEVİNDİK

Fotolar Mais İbrahimovundur

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər