Növbəti səyyar qəbul Minəxorlu kəndində

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu oktyabrın 13-də Minəxorlu kəndində keçirib.

Vətən müharibəsi şəhidi Gülalı Qəhrəmanovun ailəsinə məxsus evin həyətində keçirilən qəbulda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin, idarə, müəssisə və digər xidmət təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər.

Görüşdə rayon rəhbəri çıxış edərək,  səyyar qəbulun artıq bir neçə dəfə şəhid ailələrində keçirildiyini,  onların hər zaman diqqətdə saxlanıldığını bildirib. R. Hüseynov regionların sosial-iqtisadi inkişafından, bölgələrdə, qəsəbə və kəndlərdə sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən sözaçıb. İcra başçısı prezident İlham Əliyev və I xanımMehriban Əliyevanın işğaldan azad olunan ərazilərimizə səfərlərini, sakinlərin artıq bərpa olunmuş, minalardan təmizlənmiş bəzi ərazilərə köçürülməsini də diqqətə çatdırıb.

Sonra qəbulda iştirak edənlər növbə ilə söz alaraq,onları narahat edən əsas məsələlər barədə fikirlərini bildiriblər. Kənd sakinləri Əmir Əliyev, Heydər Məmmədov, Hikmət Quliyev, Uğur Qarayev, Müşfiqə Sarıyeva, Eynullah Hacıyev, Aydın Qəhrəmanov, Ruslan Mehdiyev suvarma və içməli suyun qıtlığı,kənd ərazisində yerləşən tibb məntəqəsinin qazla təchizatı, işlə təmin olunma və digərçətinliklərini səsləndiriblər. Kəndin ümumi problemləri müzakirə olunub, qaldırılan məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib. Qeyd olunub ki, rayonda keçirilən istər səyyar, istərsə də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun olmaqla icrası təmin edilir. 

Rəmziyyə HƏSƏNOVA

Xəbər lenti

Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyəti təhlil olunub

Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. “Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi...

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanda ana arı yetişdirilən təsərrüfatlara subsidiyaların verilməsi təklif edilir

Azərbaycanda ana arı yetişdirilən təsərrüfatlara subsidiyaların verilməsi təklif edilir. Bunu "Report"a "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin...

Hamiləlikdə risk qrupları açıqlanıb

Hamiləlikdə risk qrupları açıqlanıb. "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova məlumat verib.

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Şəhid Orxan Əsgərov dəfn edilir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir. “Report” xəbər...

Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

"Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.

Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib – FOTOLAR

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində yol qəzası baş verib. Belə ki, Ağdam rayon sakininə məxsus "Mercedes" markalı...

Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents...

Şərhlər